Bazar, 26 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mehmet Perinçek: “Erməniləri Qarabağ maraqlandırmır” 

“Obyektiv olsalar, erməni xalqı Türkiyə və Azərbaycanla münasibətlərin qurulmasında maraqlı olmalıdır. Bu baş verməsə, Ermənistanda vəziyyət pisləşməkdə davam edəcək, ölkə təcrid olunmuş vəziyyətdə qalacaq”.

Bu barədə Oxu.Az-a türkiyəli tarixçi və politoloq Mehmet Perinçek İrəvanın Bakı və Ankara ilə münasibətə nə dərəcə hazır olmasını şərh edərkən deyib.

O, hesab etdiyini bildirib ki, erməni xalqı seçkilərdə Nikol Paşinyanı dəstəkləməklə öz iradəsini, münasibətini nümayiş etdirib.

Ermənistan müharibədə məğlub oldu. Buna baxmayaraq, ermənilərin əksəriyyəti revanşistləri dəstəkləmir, başqasının torpağı uğrunda vuruşmaq istəmir. Bəzi xadimlər nə deyirsə, desin, Qarabağ onlara maraqlı deyil. Müharibə zamanı ermənilərin kütləvi şəkildə fərariliyi bunu əyani şəkildə göstərdi”, - deyə o əlavə edib.

Müsahib Ermənistanda Türkiyə ilə münasibətlərin normallaşmasına qarşı çıxan qüvvələrin olduğunu etiraf edib.

“Amma bütövlükdə erməni xalqı, fikrimcə, bunun tərəfdarıdır. Nikol Paşinyan bunu anlayır və keçmişdən ibrət dərsləri çıxarır. Ola bilsin ki, Ermənistanın Türkiyə ilə danışıqlar üzrə İrəvanın təyin etdiyi xüsusi nümayəndəsi Ruben Rubinyan ən yaxşı seçim deyil. Amma Ermənistanın Türkiyə ilə münasibətləri yaxşılaşdırmağa ehtiyacı var, ona görə də buna uyğun hərəkət edəcək”.

Politoloq Ankarada planlaşdırılan “3+3” əməkdaşlıq platformasında Gürcüstandan nümayəndə heyətinin iştirakının gözlənilməsi ilə bağlı da məsələlərə münasibət bildirib. Onun sözlərinə görə, bu, Gürcüstanın işidir, amma Tbilisi bu platformadan imtina etsə, çox şey itirəcək.

“Ötənilki Qarabağ müharibəsindən sonra məlum oldu ki, region ölkələri - Türkiyə, Rusiya, Azərbaycan təşəbbüsü öz əllərinə götürsələr, istənilən problemi həll edə bilərlər. Bunu Rusiya ilə Türkiyənin Qarabağ məsələsində əməkdaşlığı sübut edir. Bu platforma regional məsələlərin həlli, iqtisadi əlaqələrin inkişafı, inteqrasiya, nəqliyyat kommunikasiyalarının, o cümlədən Zəngəzur dəhlizinin və keçmiş SSRİ dəmir yollarının açılması baxımından çox dəyərlidir. Azərbaycan, Azərbaycan Ordusu qələbə qazanmaqla regionda yeni eranı başlatdı”.

Türkiyəli tarixçi Abxaziya və Sxinvali regionunun (Cənubi Osetiya) “müstəqilliyini” tanıyan Rusiyanın orada olması səbəbindən Gürcüstan tərəfinin “3+3” platformasında iştirak etmək istəməməsini başa düşülən adlandırsa da, orada təkcə Rusiyanın olmadığını diqqətə çatdırdı.

“Burada Azərbaycan, Türkiyə, İran, Ermənistan da var. Bu ölkələrlə layihə çərçivəsində əməkdaşlıq etməyə nə mane olur? Fikrimcə, Gürcüstanda “3+3” layihəsinə qarşı çıxanlar məhz qərbyönlü qüvvələrdir”, - deyə M.Perinçek sözlərini yekunlaşdırıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əfv sərəncamına əsasən dörd qadın məhbus azad edili

İsrail Ordusu Cenin şəhərində əməliyyat keçirir

Qazaxda çay daşıb, yaşayış sahələrini su basıb

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirini təbrik edib

Paytaxtdakı uşaq bağçasında çəkilən kadrlar müzakirələrə səbəb olub

16 saylı cəzaçəkmə müəssisəsindən Əfv sərəncamı çərçivəsində üç nəfər azadlığa buraxılıb

Borrell: Cənubi Qafqazda davamlı sülh bizim ümumi məqsədimizdir

Ən çox oxunanalar