Cümə, 07 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Afrikada ABŞ imperalizmi iflas edir - Efıopiya Vaşinqtonun hegemoniyasına qarşı...

Efiopiyanın baş nazirinin və hökumətinin ayağa qalxması, ABŞ-ın və Qərbin ünvanına sərt bəyanatlar səsləndirməsi və separatçı terror təşkilatını dəf etməsi ABŞ-ı panikaya salıb...

Ali Rza Taşdelen
“Aydınlık” qəzeti, Türkiyə, 13 dekabr 2021-ci il

Məzlum Afrika ölkələrinin imperialist hegemoniyaya qarşı apardıqları müstəqillik mübarizəsi hər gün yeni qələbələr qazanır. ABŞ imperializminin Efiopiyada məğlub olacağını bildirmişdik. Bu gün biz bu istiqamətdə inkişafın şahidi oluruq. Əddis Əbəbə və Dire Dava kimi xüsusi statusa malik 9 fərqli əyalət və şəhər idarələrindən ibarət Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd heç vaxt müstəmləkə olmayan ölkəsinin birliyini müdafiə etmək üçün mübarizəsini davam etdirir. Etnik qrupları təxribata çəkərək Abiy Əhmədin qarşısını almaq istəyən ABŞ-ın bütün cəhdlərinin boşa çıxdığını görürük.

ABŞ-ın təhrik etdiyi separatçı Tiqray Xalq Azadlıq Cəbhəsi ilə mərkəzi hökumət arasında qarşıdurmalar bir ildir ki, davam edirdi. Şimaldan cənuba, paytaxta doğru irəliləyən separatçı terror təşkilatı strateji əhəmiyyətli Dessi və Kombolşa şəhərlərini ələ keçirmişdi. Bundan sonra baş nazir Abiy Əhməd baş nazir postunu müavininə buraxaraq cəbhəyə yollanıb və ordunun baş komandanı olub.

“Vətən müdafiəsi” əsasında xalqı səfərbər edən Əhməd separatçı terror təşkilatının dəf edildiyini, Dessi, Kombolşa və 17 şəhəri geri aldıqlarını açıqlayıb. Hazırda hərbi vəziyyət əksinədir və yerlərdəki təşəbbüs hökumət ordusuna keçib. PUA-ların separatçı terrorçu qüvvələrin dəf edilməsində mühüm rol oynadığı bildirilir. Qərbdə bu PUA-ların Çindən və Türkiyədən alındığı yazılır, lakin Ankara bunu təsdiqləmir.

Dünyanın gözü Afrika Buynuzundadır

Afrika Buynuzu şərqdə Qırmızı dəniz sahilinə, cənub-şərqdə Hind okeanına və qərbdə Nil hövzəsinə baxan Afrika qitəsinin şimal-şərq hissəsidir. Bölgəyə indiki Efiopiya, Eritreya, Cibuti və Somali dövlətləri, Geniş Afrika Buynuzu bölgəsinə isə Sudan, Cənubi Sudan, Keniya və Uqanda daxildir.

Çin və Avropa arasında, demək olar ki, bütün dəniz ticarəti Afrika Buynuzu və Qırmızı dənizdən keçir. Efiopiya 104 milyon əhalisi ilə Afrika Buynuzu üzrə birinci yerdədir. Bu bölgə Afrikada Nigeriyadan sonra ən çox əhaliyə malik olan ikinci ölkədir.

Bu gün Afrikanın ən sürətlə inkişaf edən ölkəsi olan Efiopiyanın Çin və Türkiyə ilə mühüm ticarət-iqtisadi əlaqələri var. İqtisadi sahədə Efiopiyanın birinci ticarət tərəfdaşı Çin, ikinci ticarət tərəfdaşı isə Türkiyədir.

ABŞ məğlubiyyətdən çıxış yolu axtarır

Efiopiyanın baş nazirinin və hökumətinin ayağa qalxması, ABŞ-ın və Qərbin ünvanına sərt bəyanatlar səsləndirməsi və separatçı terror təşkilatını dəf etməsi ABŞ-ı panikaya salıb. Dəstəklədikləri separatçı terror təşkilatının darmadağın ediləcəyini görüb geri addım atıblar. İndi onlar atəşkəs istəyirlər. “Məsələni hərbi yolla yox, danışıqlar yolu ilə həll edək”, deyirlər. Terror təşkilatına “paytaxta getməyi dayandır”, deyirlər.

ABŞ-ın Afrika Buynuzu üzrə xüsusi nümayəndəsi Ceffri Feltman problemin danışıqlar yolu ilə həlli kontekstində dekabrın 9-da Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və Misirə səfərə göndərilib. Onlar düşdüyü çıxılmaz vəziyyətdən çıxmağa tələsirlər.

Feltman bölgədə məşhur bir addır. 2004-2008-ci illərdə Livanda səfir, Obamanın yanında ABŞ dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi, BMT baş katibinin siyasi məsələlər üzrə köməkçisi və bu gün də ABŞ-ın Afrika Buynuzu üzrə xüsusi nümayəndəsidir.

Dəməşqdə yaşayan fransız strateji analitiki Terri Meyssanın sözlərinə görə, Feltman 2005-ci ildə ABŞ-ın Livandakı səfiri kimi keçmiş baş nazir Rafik Həririnin öldürülməsini təşkil edib.

ABŞ-ın Livanı Suriyanın himayəsindən ayırmaq planının bir hissəsi olaraq, Suriya Əsədin cinayətdə əli olduğunu iddia edən bir BMT komissiyası yaradıb. Feltman Əsəd və Suriyanı məhv etmək üçün Əl-Qaidə, İŞİD və digər xarici terrorçulardan on minlərlə cihadçı muzdluları cəlb edib, təşkil edib və onlara nəzarət edib.

O, son olaraq Efiopiyada ABŞ-ın Afrika Buynuzu üzrə xüsusi nümayəndəsi kimi meydana çıxıb və separatçı Tiqreyləri qanuni hökumətə qarşı qızışdırmağa başlayıb.

Afrika Asiyaya üz tutdu

Ancaq ABŞ imperalizmi Suriyada məğlub olduqları kimi Efiopiyada da məğlub olur. Vaşinqtonun Afrikada məğlubiyyəti qaçılmaz görünür. Çünki yeni dünya yaranır. Qərb sivilizasiyasının hegeçomluğu sona çatır. Bu dövrdə yüksəlişdə olan və yeni bir dünyanın müjdəçisi olan Çin Asiya əsrini başladıb. Çin, Rusiya və Türkiyə başda olmaqla, Asiyadan çıxan Müasir Sivilizasiya Dünyası Afrikanı talan edən bu imperialist düşərgəyə qarşı durmaqdadır. Fransız imperializminin zəncirlərini qıran və ABŞ hegemonluğundan xilas olan Afrika ölkələri bir-bir Asiyaya üz tutmağa başlayırlar.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Diasporumuzun iki əhəmiyyətli siması arasında böyük dava

Səttar Möhbalıyevin qardaşının evində törədilmiş qətlin təfərrüatı

Beyləqanın icra başçısı vəzifəsindən azad edilib

Kirayə müqaviləsinin rəsmiləşdirilməsi qaydası dəyişdi

Cəlilabadda turist avtobusu qəzaya düşüb, iki nəfər ölüb, yaralılar var - Yenilənib

Qabil Hüseynli: Gürcüstan dəyişməlidir və dəyişəcək...

Ekspert: Mərkəzi Banka 770 milyon manatlıq ofis lazımdırmı?

Birinci Qarabağ müharibəsində şəhid olan Rasim Eldarovun qalıqları Göyçayda dəfn edilib - Yenilənib

Bakıda bir nəfərin 49 min manatını dələduzluqla almaqda şübhəli bilinən şəxs saxlanılıb

Ən çox oxunanalar