Cümə axşamı, 10 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Göygöl Mərkəzi Xəstəxanası yoxsa Balçılı Publik Hüquqi Şəxs?

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) tərkibində fəaliyyət göstərən Göygöl Rayon Xəstəxanası PHŞ-də maraqlı fakt üzə çıxıb.

Əldə etdiyimiz məlumata görə, rayon xəstəxanasında çalışan orta tibb işçilərinin və texniki ştat işçilərinin böyük əksəriyyəti Balçılı kəndindəndir. Elə xəstəxanaya hazırda rəhbərlik edən Vasif Əliyevin özü də eyni kənddə yaşayır.

Məlumata görə, Xəstəxanada xeyli nöqsan və çatışmazlıqlar mövcuddur ki, əksəriyyəti də xəstəxanaya Vasif Əliyevin baş həkim təyinatından sonra başlayıb. Elektron mediada dəfələrlə Göygöl MRX-PHŞ barədə yazılar dərc edilsə də problemlər yerində sayır.

Mənbəmizin dediyinə görə, hazırda xəstəxanada 10-larla lazımsız ştatlar var, təkcə kiçik poliklinika şöbəsində 25-a qədər xadiməçi, 10-a yaxın kartoteka işçisi var. Son bir ildə poliklinikaya işə götürülənlər də Balçılı kəndindəndir.

Xəstəxananın ayrı-ayrı şöbələrində çalışan 30-dan artıq xanım işçinin də Vasif Əliyev tərəfindən rüşvətlə işə götürüldüyü bildirilir. Mənbə deyir ki, Vasif Əliyev ona verilən səlahiyyətlərlə elə edib ki, Göygöl xəstəxanasına Balçılı Publik Hüquqi Şəxs demək daha doğru olardı.

İddiaya görə, xəstəxanaya işə alınan yeni işçilərin əsasən Balçılıdan olması Vasif Əliyevin aldığı və istədiyi rüşvəti sığortalayır. O da bildirilir ki, TƏBİB-in nümayəndəsinin iş müqabilində həmkəndlilərindən pul aldığını isbat etmək üçün qardaşlarına və digər ailə üzvlərinə məxsus bank kartlarına köçürmələri incələmək yetərli olar… (demokratik.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Böyük Britaniyanın beynəlxalq enerji və iqlim üzrə nazirini qəbul edib

Prezident İlham Əliyev BMT Baş katibinin birinci müavinini qəbul edib - Yenilənib

Prezident İlham Əliyev ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşavirini qəbul edib - Yenilənib

“Azərbaycan qadını dəyərsiz, özünə hörmət etməyən bir varlıqdır”

Azərbaycanlı iş adamı çayxanada güllələndi 

Türkiyədə iki qızı parçalayıb qətlə yetirən Semihin atası üçün qorxunc planı: "Səni necə öldürüm?"

Zelenski müharibənin bitəcəyi tarixi açıqladı

Rusiya XİN: ABŞ-nin iqlim mövzusundan Azərbaycana təzyiq göstərmək üçün istifadə etmək cəhdləri faydasızdır

Çində əhali yarıdan çox azala bilər - Hökümət çox narahatdır...

“Respublikanski”də hərbçimizin başına oyun açdılar - Həyat yoldaşı ölüm ayağında - FOTO

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay