Çərşənbə axşamı, 08 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ölkədə təhsilalma səviyyəsi açıqlanıb

Azərbaycanda təhsilalma 98-99 faiz aralığındadır. Uşaqların məktəbə getmək, təhsil almaq imkanlarının məhdudlaşdırılması halları yoxdur”.

PİA.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Dayanıqlı İnkişaf şöbəsinin müdiri Hüseyn Hüseynov deyib.

H.Hüseynov bildirib ki, dövlət tərəfindən kifayət qədər infrastruktur yaradılıb, məktəblər tikilir, təmir edilir:

“Bu mövzuda gender məsələsi də çox önəmlidir. Bu gün dünyada təhsilə çıxış imkanları olmayan şagirdlərin təxminən üçdə birini qız uşaqları təşkil edir. Biz əgər müasir əmək bazarının tələblərinə baxsaq, inklüziv formada həyata keçirilən layihələrin böyük əhəmiyyətinin olduğunu görərik. Bu layihələr şagirdlərin məktəbdəki bilikləri ilə yanaşı, həm də onların əlavə bacarıqlarının artırılmasına, inkişafına xidmət edir”.

“Qlobal iqtisadi forumunun hesablamalarına görə, bu gün məktəbə gedən şagird - on bir illik təhsil, daha sonra bakalavr, magistratura təhsilini oxuduğu iyirmi illik dövrdən sonrakı əmək bazarına daxil olanda mövcud olan peşələrin təxminən 70 %-i qədəri həmin vaxtda mövcud olmayacaq. Bu o deməkdir ki, uşaqlarda istedad erkən yaşda müəyyənləşdirilməlidir.

Orta məktəbdə onların bilik və bacarıqları ilə paralel əlavə bacarıqları da formalaşdırmalıdır ki, artıq gələcəkdə ixtisas seçimi prosesində müasir trendləri, innovativ yanaşmaları özündə əks etdirən ixtisas seçimi edə bilsinlər. Həmçinin bizim də gələcəkdə əmək bazarında artıq ixtisaslı işçiyə təlabatımızda ciddi boşluq yaranmasın”- nazirlik rəsmisi əlavə edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub

15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub - Yenilənib

Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb, 6 nəfər xəsarət alıb - Yenilənib

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - Dosye

"Tək Bərxudarov deyil, 4-5 generalla bağlı qərar verilib" - polkovnik Üzeyir Cəfərov 

Moskvada MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib - Yenilənib

İşdən azad olunan şəxsin pensiyası yenidən necə hesablanır?

ASCO maliyyə zərərinin səbəblərini açıqlayıb

Azərbaycanı 75-ci Beynəlxalq Astronavtika Konqresində 50-dən çox gənc təmsil edəcək

Ən çox oxunanalar