Çərşənbə axşamı, 08 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Naxçıvana getmək üçün Zəngəzur dəhlizi əvəzinə Qubadlı-Laçın-Gorus-Biçənək yolu?

ErmənistanAzərbaycan bu iki respublikanın və Rusiyanın baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi işçi qrupu çərçivəsində Azərbaycan tərəfinə Ermənistandan keçməklə Naxçıvana avtomobil yolunun ayrılması imkanları müzakirə olunur. virtualaz.org xəbər verir ki, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ötən gün yerli İctimai televiziyaya müsahibəsi zamanı belə deyib.

Və Armen Qriqoryan Ermənistanın Azərbaycana belə yol ayırmağa hazır olduğunu bildirib. “Əgər Azərbaycan ancaq Naxçıvana yol istəyirsə o zaman Xındzoresk (Zəngəzurun indiki Ermənistan ərazisində yerləşən, Gorus rayonuna aid olan Xinzirək kəndi,-red.)-Biçənək (Şahbuz rayonunun Biçənək kəndi,-red.) yolundan istifadə etmək məqsədəuyğundur. Bunun əvəzində biz Xindrozesk-Horadiz yolundan istifadə imkanı əldə edirik. Lakin bu məsələlər hələ müzakirə olunur”,-o deyib.

Bəs Xinzirək-Biçənək yolu nədir, haradan keçir? Bu yol Zəngəzur dəhlizi olaraq Azərbaycan üçün nə dərəcədə məqbul ola bilər?

virtualaz.org qeyd edir ki, söhbət hələ sovet dövründə mövcud olan avtomobil yolunun bir hissəsindən gedir. Bu yol Azərbaycanın Füzuli rayonunun Horadiz qəsəbəsindən başlamaqla (Bəhramtəpə-Horadiz yolu) və Qubadlıdan keçməklə (Zəngilana daxil olmadan) Laçın şəhərinə, oradan Ermənistanın Gorus rayonunun Tex və Xinzirək kəndlərinə aparır, daha sonra Gorus şəhərinin yaxınlığından keçərək Naxçıvanın Şahbuz rayonuna, Biçənək kəndinə (Biçənək aşırımından keçməklə) birləşir. Daha sonra həmin yolla Şahbuz rayon mərkəzindən keçməklə Naxçıvan şəhərinə getmək olar.

Başqa sözlə, indiki halda erməni tərəfinin təklif etdiyi bu yoldan istifadə etmək üçün əvvəlcə Rusiya sülhməramlılarının nəzarətində olan Laçın dəhlizi zolağına daxil olmaq, oradan isə Ermənistanın Gorus rayonu ərazisindən keçməklə Şahbuza getmək lazım gəlir. Azərbaycan isə Zəngəzur dəhlizi olaraq daha əlverişli və qısa marşrut-Mincivan-Ordubad dəmir yolu boyu uzanan və Zəngilanın Ağbənd qəsəbəsini Ordubadla birləşdirən, Nüvədi kəndindən keçən cəmi 40 kilometrlik marşrut təklif edir. Bu marşrut Ermənistanın İranla sərhədi boyu uzanır. Hansı ki, erməni tərəfinin təklif etdiyi marşrut həmin marşruta nisbətən bir neçə dəfə uzundur. Və nəticədə iqtisadi və coğrafi baxımdan sərfəli deyil. Zəngəzur dəhlizi dedikdə isə təkcə Azərbaycanı onun eksklav ərazisi Naxçıvanla birləşdirən yol deyil, eyni zamanda beynəlxalq tranzit əhəmiyyəti daşıyan, İranı və Rusiyanı da Türkiyə ilə birləşdirən marşrutdan söhbət gedir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub

15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub - Yenilənib

Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb, 6 nəfər xəsarət alıb - Yenilənib

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - Dosye

"Tək Bərxudarov deyil, 4-5 generalla bağlı qərar verilib" - polkovnik Üzeyir Cəfərov 

Moskvada MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib - Yenilənib

İşdən azad olunan şəxsin pensiyası yenidən necə hesablanır?

ASCO maliyyə zərərinin səbəblərini açıqlayıb

Azərbaycanı 75-ci Beynəlxalq Astronavtika Konqresində 50-dən çox gənc təmsil edəcək

Ən çox oxunanalar