Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Hamlet İsaxanlının İran sevgisinin arxasında nə dayanır?"

"Yeganə məqsədi pul yığmaqdan ibarət olan Hamlet İsaxanlının İran sevgisinin arxasında nə dayanır? Təhsil haqqı 4500 manat olan Xəzər Universitetinin rəhbəri universitetə xaricdən müəllim dəvət etmək adı ilə cəlb etdiyi müəllimlərin əsas kontingentini iranlılar təşkil edir. İranda aldıqları təhsilin dərəcəsi bilinməyən və əsasən də magistrləri dərs prosesinə ucuz işçi qüvvəsi kimi cəlb edirlər".

PİA.az xəbər verir ki, bunu deputat Etibar Əliyev bildirib.

"Təhsil Məqsədləri qaranlıqdır. Milyonlar toplamaq isə gün kimi aydındır. Tələbə başı qatırlar! Məsələn, Hamlet İsaxanlı iranlı Nüsrətullanın biabırçılıqla qovulmasının səbəbini hələ də izah etməyib. Bu universtetdə müəllimlərin böyük əksəriyyəti saathesabı çalışırlar. Şəxsi qazanc gözlərini elə tutub ki, ştata müəllim götürməyi ciblərinə ziyan vurmaq kimi başa düşürlər. Universitetlərin dünya reytinqlərində ştatda olan müəllimlərin sayı göstəricisi də mühüm rol oynayır. İsaxanlı universitetin müəllim heyəti ilə ictimaiyyəti tanış edə bilərmi? Son illərdə Universiteti tərk etmiş 10-larla tanınmış müəllim hansı səbəbdən bu qərarı qəbul ediblər? Bunun izahını verə bilərmi? Verilən məlumata görə müəllimlərin bir qismi yay məzuniyyətinin pulu ödənilmədiyi üçün universiteti tərk ediblər. Bu cür ədalətsizliklə pul toplamaq olar? İsaxanlı Azərbaycan vətəndaşlarından topladığı pular hesabına “Dünya məktəbi” adlı orta məktəb də yaradıb. Təhsil haqqı 7000 manatdır. Tələbədən topladığı pulla qurduğu məktəbdən şagirddən fantastik məbləğdə təhsil haqqı alır". (pravda.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

"TikTok" canlı yayımında xanım hüquqşünası söydü - Həbs edildi

Elza Seyidcahanın seçki posterini cırdılar - Video

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən namizəd: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

Haqq yolçusu Rüstəmxanlıların haqqı olan məqam

İsmayıl Haniyə Paşinyanla niyə görüşmək istəyirmiş?

Ən çox oxunanalar