Bazar ertəsi, 03 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

SOCAR Türkiyədəki törəmə şirkətində payını 100 %-ə çatdırıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A.Ş/”dəki (STEAŞ) payını 87 %-dən 100 %-ə çatdırıb.

PİA.az xəbər verir ki, bu barədə Türkiyənin Kamu Aydınlatma Platforması (KAP) məlumat dərc edib.

Məlumata görə, “Goldman Sachs International” ("Goldman Sachs") ve “JP Morgan Securities Plc” ilə birgə, “Goldman Sachs”ın 1,3 milyard ABŞ dolları qarşılığında SOCAR törəmə və nəzarətçi səhmdarı olduğu "SOCAR Turkey Enerji A.Ş."ın, artımdan sonra ümumi kapitalının 13 % -nə bərabər olan 890 milyon 574 min 713 yeni səhmlərini alacaq.

SOCAR paralel olaraq STEAŞ və törəmə şirkəti “Capital Investments Limited”in (SIL) hə biri ilə 6 illik satış opsiyası müqaviləsi imzalayacaq.

Qeyd edək ki, artıq "STEAŞ"ın qeyd olunan 13 %-lik səhm paketinin SIL tərəfindən satınalma əməliyyatı tamamlanıb.

Xatırladaq ki, “SOCAR Turkey Enerji A.Ş.” 2008-ci ildə “PETKİM”in 51 %-ni satın alması ilə fəaliyyətə başlayıb. Yekunlaşdıqda 19,5 milyard ABŞ dollara çatacaq nəhəng layihələr həyata keçirən “SOCAR Turkey”in çətiri altında Petkim, TANAP, "STAR Rafinerisi", "SOCAR Terminal", "Petkim RES", "Bursagaz", "Kayserigaz", "Enervis", "SOCAR Enerji Ticaret", "Millenicom", "SOCAR Ticaret" və “SOCAR Saxlama” kimi öz sahəsində aparıcı şirkətləri var. Əsas investisiya sahələri neft-kimya məhsulları və ticarəti, emal ilə təbii qaz alqı-satqısı olan “SOCAR Turkey” investisiyalarının çoxunun yerləşdiyi Aliağadakı torpaqları üçün "Xüsusi Sənaye Bölgəsi" adını alan ilk şirkətdir.(report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda sükan arxasındakı qızın bu hərəkəti müzakirə yaratdı - Video

Putinin Ermənistanla bağlı planı üzə çıxdı - Oktyabrda başlayacaq

Sabiq icra başçısının oğlu məhkəmə qarşısında

Səudiyyə Ərəbistanı “Sülh sammiti”ndə iştirak etməyəcək

Ordumuzun nəzarətinə keçən məşhur körpü - Foto

Azərbaycan gimnastları Monteneqroda yeddi qızıl medal qazanıblar - Fotolar

COP29 Sədrliyinin Könüllülər Mərkəzinin açılışı olub

Ən çox oxunanalar