Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hacıbala Abutalıbovun ətrafındakı həlqə daralır - “Maddi marağı olub“

Bakı Şəhər İcra Hakimiyyətinin sabiq aparat rəhbəri Rasim Quliyev məhkəmədə sensasiyalı ifadə verib. Ona qarşı sürülən ittihamları rədd edən keçmiş məmur vəzifə səlahiyyətlərini aşmadığını, həmişə Baş nazirin sabiq müavini Hacıbala Abutalıbovun göstərişlərini yerinə yetirdiyini deyib. Onun sözlərinə görə, Abutalıbov baş nazir müavini təyin ediləndən sonra da hər gün BŞİH-ə gəlib və sərəncamların verilməsinə şəxsən nəzarət edib.

Rasim Quliyevin bu ifadəsi siyasi aspektdən maraqlı müzakirələrə səbəb oldu, bəs, görəsən, hüquqi nöqteyi-nəzərdən necə qiymətləndirilməlidir? Abutalıbov keçmiş aparat rəhbərinin ifadəsi əsasında istintaqa cəlb oluna bilərmi?

Mövzu barədə Yenisabah.az-a danışan Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Əsabəli Mustafayev ilk növbədə Rasim Quliyevin cinayət məsuliyyəti daşımasına diqqət çəkib:

“Mətbuatdan bu məsələ barədə oxumuşam. O şəxs sərəncam olmadığı halda, icra başçısının müavininin səlahiyyətinin icrasını öz boynuna götürüb. Halbuki onu etməsi üçün Prezidentin sərəncamı olmalıydı ki, bu şəxs müvəqqəti və ya daimi olaraq müavin vəzifəsinə təyin olunur və ya icra başçısının səaliyyətlərini həyata keçirəcək. Çünki Rasim Quliyev aparat rəhbəri idi və icra başçısının və ya onun müavininin səlahiyyətini həyata keçirmək hüququ yox idi. Ona görə də heç bir rəsmi qərar olmadan səlahiyyət mənimsədiyi və sənədlər imzaladığı üçün cinayət məsuliyyəti daşıyır. O, adi şöbə rəhbəri olsa, yenə nəsə demək olardı, ancaq aparat rəhbəridir. Aparat isə icra hakimiyyətinin bütün işini hüquqi əsaslarla təşkil edir. Yəni aparat rəhbəri daha çox hüquqi işlərlə məşğuldur. Rasim Quliyev ixtiyarı olmadığı halda müəyyən icazələr verib və həmin icazələr dövlət maraqlarına müəyyən zərər vurub, məsələn, verdiyi bəzi qərarlar tarixi əhəmiyyətli abidələrin zərər görməsi ilə nəticələnib. Hətta bu olmasa belə, o, mütləq hüquqi məsuliyyət daşıyırdı”.

Hüquqşünas Hacıbala Abutalıbovun bu kimi tapşırıqlar verməsinə inanmadığını da vurğulayıb:

“İndi o, şifahi surətdə Abutalıbovla məsləhətləşdiyini deyir. Amma bu onların öz işləridir. Heç Abutalıbovun ixtiyarı yox idi ki, ona belə bir səlahiyyəti versin, versəydi belə, bu şəxs onu icra etməməliydi, çünki həmin səlahiyyətlərin verilməsi qanunsuz idi və aparat rəhbəri bunu yaxşı bilirdi. Amma görünür ki, maddi maraqları olub və həmin işləri görüb, indi də məsuliyyətini daşımalıdır. Hacıbala Abutalıbovun məsuliyyət dayışıb-daşımayacağı isə sual altındadır. Mən bir hüquqşünas kimi hesab edirəm ki, onu istintaqa ancaq şahid qismində cəlb etmək olar. Abutalıbov da, “Nə olsun ki mən demişəm, özünü ağlı niyə olmayıb”,-deyə bilər. O, nəyəsə şifahi surətdə icazə veribsə, o qədər də məsuliyyət daşımır, əsas məsuliyyəti icra edən daşıyır. Ortada rəsmi sənəd olmadığına görə sübut etmək də çətindir ki, Abutalıbov bu tapşırıqları verib, düzü, heç inandırıcı da deyil, çünki hər halda neçə il vəzifədə işləyib, bürokratiyanı bilən adamdır”.

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ikitərəfli görüş keçirilir - Yenilənib, Video

Bakının məşhur ticarət mərkəzində sahibkar özünü asdı

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

Sankt-Peterburqda avtobus körpüdən çaya düşüb, 6 nəfər ölüb - Hadisə anının videosu- Foto, Yenilənib

Prorektorun qətlini sifariş edən rektora hökm oxundu

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Qabil Hüseynli: Paşinyan Moskvadan normal nəticələrlə geri qayıtdı...

Ən çox oxunanalar