Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İbrahim Rəisi Rusiya və Çinə ümidlə baxır

İranın yeni prezidenti İbrahim Rəisinin xarici və təhlükəsizlik siyasətində Rusiya və Çinlə əməkdaşlığa önəm verəcəyini proqnozlaşdırmaq olar. Bu siyasətin bünövrəsi ondan əvvəl qoyulub. İranın keçmiş prezidenti Həsən RuhaniRusiya və Çinlə əməkdaşlığa əhəmiyyət verir və bu istiqamətdə hamıdan daha çox irəli getmişdi. Məhz Həsən Ruhanin prezidentliyi dövründə İran-Rusiya-Çin birgə hərbi təlimləri keçirilməyə başladı və Pekinlə 25 illik strateji pakt imzalandı.

İranda islam inqilabından bu yana Çinlə yaxşı əlaqələr qurulub. İranın yeni prezidenti İbrahim Rəisi hesab edir ki, Çinlə münasibətləri inkişaf etdirmək üçün yaxşı imkanlar var və o bu imkanlardan istifadə edəcək. Bu o deməkdir ki, Rəisi Pekinlə daha əvvəl imzalanan 25 illik paktın bəndlərini sözsüz yerinə yetirəcək. Bunun iki səbəbi var. Birincisi, illərdir Qərbin sanksiyaları ilə üz-üzə qalan İranın xarici investisiyalara ehtiyacı var. Pekin 25 ildə İrana 400 milyard dollar yatırım qoymağı vəd edib. İkincisi, İranın Çinlə yaxınlaşmasını ali dini lider Əli Xameneyi də dəstəkləyir. Rəisi isə Xameneyinin əsas dəstəkçilərindəndir və Tehranda yayılan xəbərlərə görə, 80 yaşı keçən ali dini liderin əsas varisidir. Rəisi ilə Xameneyini xarici və təhlükəsizlik siyasətləri eynidir. Odur ki, Rəisi Xamenetyinin Çinlə yaxınlaşma siyasətinə sadiq qalacaq.

Buna baxmayaraq, İranda Çinlə imzalanan paktdan narahat olanlar da var. Keçmiş prezident Mahmud Əhmədinejat Çinlə imzalanan paktın əsas tənqidçiləridəndir. O hesab edir ki, Tehranın Pekinlə razılaşması İranı Çindən asılı vəziyyətə salacaq. Əhmədinejat Çində təzyiqə məruz qalan müsəlman uyğurları da xatırlayıb. Bununla Əhmədinejat ali dini liderə və prezidentə xatırladıb ki, özünü ilsam aləminin əsas ölkələrindən biri sayan İran müsəlmanlara əziyyət verən ölkə ilə strateji müttəfiq olmamalıdır. Həqiqətən Çində uyğurlara verilən əziyyət Tehranı narahat etmir. Tehran üçün önəmli olan Çinin Qərbə qarşı mübarizə aparması və İrana yatırım qoymağa hazır olmasıdır, qalanları onu narahat etmir.

Böyük ehtimalla İranda Əhmədinejat kimi düşünənlər az deyil və belələri hakimiyyətdə və parlamentdə də var. Ancaq paktı ali dini lider dəstəklədiyindən razılaşmanın tənqidçiləri səslərini gur çıxara bilmirlər. Halbuki, tənqidçilər haqsız deyillər.

Əlbəttə, Çinin yatırımları cəlbedicidir. Ancaq bu yatırımlar İran iqtisadiyyatını həqiqətən Çindən asılı vəziyyətə sala bilər. Çin yaxın illərdə İranın zəngin təbii ehtiyatlarına sahiblənməklə Tehranın bu sahədəki qərarlarına təsir edəcək. Eyni prosesi Mərkəzi Asiya ölkələrində müşahidə etmək olar. Çin Mərkəzi Asiya ölkələrinə də vaxtilə milyardlarla dollar yatırım qoyub. Hazırda Mərkəzi Asiya ölkələri Çinə o qədər borclanıblar ki, bir sıra qərarları Pekinlə razılaşdırmaq məcburiyyətində qalıblar. O da məlumdur ki, Çin yatırım qoyduğu ölkələrə içşi qüvvəsi kimi vətəndaşlarını da göndərir. Bu hal isə yerli əhali islə zaman-zaman münaqişələr yaradır. İranda isə işsizlərin sayı az deyil.

“Atlas” Araşdırmalar Mərkəzi

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

"TikTok" canlı yayımında xanım hüquqşünası söydü - Həbs edildi

Elza Seyidcahanın seçki posterini cırdılar - Video

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən namizəd: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

İsmayıl Haniyə Paşinyanla niyə görüşmək istəyirmiş?

Haqq yolçusu Rüstəmxanlıların haqqı olan məqam

Ən çox oxunanalar