Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaşlanma əleyhinə içki

Böyük Britaniyadan olan ekspert-nutrisioloq Liberti Mills kərəviz şirəsini qanda xolesterinin miqdarının və arterial təzyiqin tənzimlənməsinə kömək edən yaşlanma əleyhinə içki adlandırıb.

PİA.az AZƏRTAC-a istinadən bildirir ki, ekspert xatırladır ki, yüksək qan təzyiqi və xolesterinin yüksək səviyyəsi ürək-damar xəstəlikləri riskini artırır. Xolesterin düyünlərinin və kalsiumun toplanması səbəbindən damarlar bərkiyir və sıxılır, iltihaba məruz qalır ki, bu zaman qanı ötürmək ürək üçün getdikcə çətinləşir. Kərəviz şirəsi A, B, C və K vitaminləri üçün yaxşı mənbədir. Mütəxəssis hesab edir ki, fitokimyəvi maddələrin və antioksidantların birləşməsindən əmələ gələn şirə iltihabı əhəmiyyətli şəkildə azaldır.

Millsin sözlərinə görə, kərəvizin tərkibində olan yüksək miqdarda kumarinlər - orqanizmdə stres hormonlarının miqdarını azaltmaq qabiliyyətinə malik birləşmələr yüksək qan təzyiqinin aşağı salınmasına öz təsirini göstərir. Bundan başqa kumarinlər immun sisteminin dəstəklənməsi və sağlamlığı üçün həlledici rol oynayan ağ qan hissəciklərinin fəallığını da artırır.

Kərəvizin daha bir komponenti olan ftalidlər damarların divarlarındakı toxumaları zəiflədir və bu da qan təzyiqinin aşağı salınmasına təsir edir.

Kərəvizdən istifadə steroidli turşuların və öd kisəsi sekresiyasının təsirini gücləndirir, nəticədə xolesterinin miqdarı aşağı düşür.

Kərəviz şirəsi həddən artıq aşağı qlikemik indeksə malikdir, bu səbəbdən qanda şəkərin sağlam səviyyəsini dəstəkləyə bilir. Onun tərkibindəki antioksidantlar və vitaminlər də qanda şəkərin miqdarını tənzimləməyi bacarır, bu da, öz növbəsində, insulinə həssaslığı artırır və qlükozanın metabolizmini yaxşılaşdırır.

Liberti Millsin sözlərinə görə, kərəviz şirəsindən istifadə dərinin teksturasını yaxşılaşdırır, tərkibindəki K və C vitaminləri sayəsində yaşlanma əleyhinə xüsusiyyətləri təmin edir. Kərəviz şirəsinin tərkibində olan elektrolitlər dərinin nəmləndirilməsini dəstəkləyir. Həmçinin bir fincan kərəviz şirəsi dəriyə cavanlıq bəxş edən kollagen sintezi üçün zəruri olan tövsiyə edilən sutkalıq C vitamininin 16 faizini təşkil edir. (Milli.Az)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər gününə həsr olunmuş konsert proqramı keçirilib

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Ancelina Colinin iki sevgilisinin olduğu üzə çıxdı - Onlar kimlərdir?

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - Yenilənib 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər - Foto, Yenilənib

Şamaxıda dəm qazı 63 yaşlı qadını öldürüb

İmtahana hazırlaşanların nəzərinə: Günün bu saatları dərs oxusanız, beyin...

“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub

Ən çox oxunanalar