Çərşənbə, 02 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şuşada Aşağı Gövhər Ağa məscidi ziyarət olunub, Quran oxunub - Foto

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə və ölkədəki dini konfessiya rəhbərləri Şuşa şəhərinə səfər çərçivəsində Aşağı Gövhər Ağa məscidini ziyarət ediblər.

APA-nın Şuşaya ezam olunan müxbirinin məlumatına görə, Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov məscidlə bağlı məlumat verib.

Məscidin erməni işğalı zamanı dağıdıldığı, vandallığa məruz qaldığı bildirilib.

Məsciddə ziyarət namazı qılınıb, dualar edilib, Quran oxunub.

Qeyd edək ki, səfərdə QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə, idarənin Qazılar Şurasının üzvləri, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Roma-Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete, Alban udi dini icmasının rəhbəri Robert Mobili, Pravoslav kilsəsinin nümayəndələri və Milli Məclisin deputatları iştirak edirlər.

Səfər iki gün davam edəcək.

pia.az 

Fotolar




Etiket: Şuşa


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İrandan İsrailə 500-ə yaxın raket atılıb - Yenilənib

DTX-nın hərbi qulluqçularının maaşlarının məbləğlərində dəyişiklik edilib

Ürəyinizin düşməni - Saat 14:00-dan sonra bunları yeməyin

Bakının üç rayonunda suyun verilməsində fasilə yaranacaq

Xersonda bazara artilleriya hücumu olub: Ölənlər və yaralananlar var

Kamran Əliyev prokurorluq əməkdaşlarını təltif edib

Gələn ay Azərbaycana 160 elektrik mühərrikli avtobus gətiriləcək

İsrail Ordusu: İran tərəfdən artıq təhlükə yoxdur

Ən çox oxunanalar