Cümə axşamı, 03 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tanınmış gitara ifaçısı Xalq artistini təhqir etdi

“Kül sənin oxumağından zövq alan rayonlunun başına”.

BakuPost.az xəbər verir ki, bu fikiri tanınmış gitara ifaçısı Rəhman Məmmədli Xalq artisti Sərxan Sərxan haqqında səsləndirib. Ötən gün Xalq artistinin verdiyi müsahibədə ifadə etdiyi “Rayon camaatı nə bilir teatr, konsert nədir?” ifadəsi musiqiçinin narazılığına səbəb olub.

Rəhman Məmmədli şəxsi Facebook hesabında Sərxan Sərxanı xalqdan üzr istəməyə səsləyib:

“Çox hörmətsiz Sərxan Sərxan! Əvvəla şəhər rayon söhbətini gündəmə gətirənlər mənim birmənalı düşmənimdir. Çünki rayon şəhərsiz, şəhər rayonsuz yaşaya bilməz. Sənə demək istəyərdim ki, səni nə məcbur elədi ki, bu ahıl yaşında bu qələti eləyəsən. Sən özünü nə boyda bir sənətkar sayırsan ki, rayon camaatına belə ittihamlar yağdırırsan? Axı sənin sənətin rayon camaatının nəyinə lazımdır? Kül sənin oxumağından zövq alan rayonlunun başına ki, sənin oxumağından zövq alır.

Hörmətsiz Sərxan Sərxan! Mən bir bəstəkar oğul böyütmüşəm ki, Amerika, Avropa onu tanıyır yazdığı simfonik əsərləri ilə. Amma sənin təbirincə rayon balasıdır. Sənə bir məsləhətim var. Çıxıb efirdə üzr istə. Amma çalış çıxışın Azərbaycan dilində olsun. Unutma ki, rayon da bizimdi, şəhər də. Çünki bir millətik.”

Qeyd edək ki, Xalq artisti Sərxan Sərxanın Kulis.az-a verdiyi müsahibədə səsləndirdiyi bu fikirlər sosial şəbəkədə birmənalı qarşılanmayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan Kərki kəndinin Azərbaycana təhvil verilməsi məsələsinə münasibət bildirib

Prezident general-mayoru rütbəsindən məhrum edib

Bakıda məktəbdə tədris dayandırıldı - şagirdlər evə buraxıldı

II Elizabetin ölümünün əsl səbəbi açıqlandı

Bakıda qorxunc ağ Amerika həşəratları yayılır: "Təcili tədbirlər görülməsə..." - Foto

Anar Məmmədovun Londondakı biznesi yenə zərər edib – Təfərrüat

Maaş, pensiya və sosial ödənişlər nə qədər artacaq?

Ayxan Hacızadə: Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib

Bakıda kişi telefonda çox danışan arvadını döydü

ABŞ Ukraynaya 237 milyon dollar humanitar yardım ayıracaq

Ən çox oxunanalar