Cümə axşamı, 03 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İdman və sağlamlıq-bərpa obyektlərinə dair metodik göstərişlər açıqlanıb

Səhiyyə nazirinin müavini idman və sağlamlıq-bərpa obyektlərində koronavirus infeksiyasının (COVID-19) idarə olunmasına dair metodiki göstərişlər sənədini imzalayıb.

PİA.az-ın xəbərinə görə, sənəddə deyilir:

- İdman və sağlamlıq-bərpa obyektlərinin fəaliyyətinə (bundan sonra “idman obyektləri”) orada çalışan işçi heyətin ən azı 80%-nin “peyvənd sertifikatı”na və ya “immunitet sertifikatı”na malik olması halında icazə verilməsi (1 iyul 2021-ci il tarixindən etibarən);

- İdman obyektlərində hazırkı Metodiki Göstərişlərə əməl edilməsinə nəzarət üçün cavabdeh əməkdaşın təyin edilməsi;

- İdman obyektlərinin ümumi istifadə yerlərində (holl, qeydiyyat masası və s.) işarələr qoyulmaqla insanlar arasında 1,5 metrdən az olmayan sosial məsafənin təmin olunması;

- Əməkdaşların birdəfəlik maska (hər üç saatdan bir və islandıqca dəyişdirilməsi ilə) yaxud filtrli maskalarla, əlcəklə, dezinfeksiyaedici salfetka, əl dezinfektantları ilə fasiləsiz təmin olunması;

- İdman avadanlıqları arasında 1,5 metr məsafənin təmin olunması;

- İdman zallarında hər istifadəçi üçün minimum 4 kvadratmetr sahənin nəzərdə tutulması;

- Məşqçi heyətin yalnız məşq vaxtı istisna olmaqla maskadan istifadə etməsi;

- İdman obyektlərində qidalanmanın COVID-19 pandemiyası dövründə ictimai-iaşə müəssisələrinə şamil edilən norma və qaydalara uyğun həyata keçirilməsi;

- İdman obyektlərinə yalnız “peyvənd sertifikatı” və ya “immunitet sertifikatı”nın eTabib mobil tətbiqi vasitəsilə yüklənmiş elektron və ya çap edilmiş nüsxəsini təqdim edən istifadəçilərin girişinə icazə verilməsi;

- yalnız təbii və ya texniki havalandırma sisteminə malik olan idman obyektlərinin fəaliyyətinə icazə verilməsi;

- İdman obyektlərinin girişlərinin təmassız termometrlərlə təmin edilməsi, əməkdaşların iş günü ərzində 2 dəfə (səhər və işin sonunda), istifadəçilərin isə giriş zamanı hərarətlərinin ölçülməsi, simptomlu (hərarətin yüksəlməsi, öskürək, zökəm, nəfəs darlığı, ishal və s.) olanların içəri buraxılmaması və tibb məntəqəsinin əməkdaşlarına bildirməsi;

- İdman obyektlərinin girişlərində və əlçatan zonalarda əl dezinfektantları üçün nəzərdə tutulmuş dispenserlərin yerləşdirilməsi, əməkdaşların və istifadəçilərin onlardan mütəmadi olaraq istifadə etməyə təşviq edilməsi;

- İş gününün sonunda və hər məşq prosesindən sonra növbəti istifadəçi və ya qrup daxil olmazdan əvvəl havalandırmanın həyata keçirilməsi;

- Sanitar-məişət otaqlarının (sanitar qovşaq, soyunub-geyinmə otağı və s.) sanitar gigiyenik qaydalara uyğun, işlək və təmiz vəziyyətdə saxlanılması, əl dezinfektantları, sabun, birdəfəlik əl dəsmalları və digər gigiyenik vasitələr ilə fasiləsiz təmin olunması;

- Təmizlik vasitələri və dezinfeksiyaedici maddələrin fasiləsiz təmin edilməsi;

- İşçi heyətin mütəmadi olaraq maarifləndirilməsi, həmçinin infeksiyanın yayılmasının qarşısının alınması ilə bağlı ən son məlumatlara sahib olması;

- Tullantıların vaxtında kənarlaşdırılması, həmçinin tullantı qablarının təmiz saxlanılması;

- İdman obyektlərinin giriş-çıxış zonalarında və digər görünən yerlərdə COVID-19 infeksiyasının profilaktikası ilə bağlı məlumat lövhələrinin yerləşdirilməsi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan Kərki kəndinin Azərbaycana təhvil verilməsi məsələsinə münasibət bildirib

II Elizabetin ölümünün əsl səbəbi açıqlandı

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - Yenilənib

ABŞ Ukraynaya 237 milyon dollar humanitar yardım ayıracaq

Anar Məmmədovun Londondakı biznesi yenə zərər edib – Təfərrüat

Ayxan Hacızadə: Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib

İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub - Yenilənib

Bu gün UEFA Çempionlar Liqasında II tura yekun vurulacaq

Bakıda kişi telefonda çox danışan arvadını döydü

Ən çox oxunanalar