Cümə axşamı, 10 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı jurnalist və ailəsi Almaniyadan deportasiya ediləcək

Almaniya azərbaycanlı jurnalist Abil Həsənov, xanımı və 3 övladını deportasiya edəcək.

PİA.az Report-a istinadən xəbər verir ki, buna səbəb A.Həsənovun sığınacaq istəyinin rədd edilməsi və ailəyə verilən möhlət hüququ ilə yaşamaq icazəsinin bitməsidir.

Həsənovlar ailəsi 2017-ci ildə Almaniyaya gələrək bu ölkədən sığınacaq istəyib. Şols-Holte-Ştukenborq şəhərinə yerləşən ailənin sığınacaq istəyi 2020-ci ildə Minden inzibati məhkəməsi tərəfindən rədd edilib. Məhkəmə sığınacaq üçün təqdim edilən sübutların inandırıcı olmadığı qənaətinə gəlib. A.Həsənov ölkəsində təqib olunması ilə bağlı fikirlərini də məhkəmədə sübut edə bilməyib.

Həsənovlar ailəsi bundan sonra yaşadıqları şəhərin kilsəsinə sığınaraq xristianlığı qəbul ediblər. Baptist icması Həsənovu və onun ailə üzvlərini öz sıralarına qəbul edib. Azərbaycan mediasında bu hadisə ilə bağlı gedən xəbərləri tərcümə edib, miqrasiya idarəsinə təqdim edən ailə yenə də rədd cavabı alıblar.

Xanımı ilə Şols-Holte-Ştukenborq şəhərindəki “Wittler” avtobus şirkətində süpürgəçi işləyən 53 yaşlı A.Həsənov və ailəsinə 22 iyul 2021-ci il tarixinə qədər verilən möhlət hüququ ilə yaşamaq icazəsi bitir. Həsənovlar ailəsi bu müddətə qədər ölkəni könüllü tərk etməsələr, miqrasiya idarəsi tərəfindən məcbur deportasiya ediləcəklər.

Məlumat üçün bildirək ki, iyulun sonuna kimi Almaniyadan azərbaycanlıların növbəti kütləvi deportasiyası gözlənilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Sanki mənə evlilik təklif edib,”hə” cavabı alıb…” - Polad Həşimovun xanımı

Aslan İsmayılov: "İş adamlarına edilən haqsızlıqlara son qoyulmalıdır"

Prezident İlham Əliyev Pre-COP29-un iştirakçılarına müraciət ünvanlayıb - Yenilənib

Bu tarixdə hava kəskin dəyişəcək, temperatur 5-10 dərəcə enəcək - Xəbərdarlıq

İsrail MN: İrana hücumumuz ölümcül, son dərəcə dəqiq və gözlənilməz olacaq

Avropa Parlamenti Gürcüstana ayrılan maliyyənin dondurulmasını tələb edib

Azərbaycanda qadın müdirindən uşaq dünyaya gətirdi

Gündə Bakıda nə qədər taksi daşıması həyata keçirilir?

“Mədəniyyət Nazirliyi araşdırma başladıb” - Müğənnilərdən açıqlama - Foto

Ən çox oxunanalar