Cümə axşamı, 10 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Azərbaycanla bağlı xəbərdarlığı “qırmızı” səviyyəyə qaldırdı – DTX münasibət bildirdi

ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarına Azərbaycana səfər etməməyi tövsiyə edir.

ABŞ Dövlət Departamentinin açıqladığı məlumatda Azərbaycana səyahət edənlərin xəbərdarlığını ən yüksək 4-cü (qırmızı) səviyyəyə qaldırıb.
Dövlət Departamenti ABŞ vətəndaşlarının Azərbaycana getməməsinə səbəb kimi koronavirus pandemiyası və terror ehtimalını göstərir.

Məlumatda bildirilir ki, Azərbaycanda “COVID-19”un yayılması çox yüksək səviyyədədir. Bundan başqa bildirilir ki, terrorla bağlı Azərbaycanın uzun müddətdir davam edən bir riski var. Bu səbəbdən Departament ABŞ vətəndaşlarını Azərbaycan-İran sərhədinə lazımsız səyahətlərdən çəkinməyə çağırır. Xəbərdarlıqda qeyd olunur ki, terroristlər heç bir xəbərdarlıq etmədən hücum edə bilərlər. Onlar turizm yerlərini, nəqliyyat mərkəzlərini, bazarları, ticarət mərkəzlərini, yerli idarəetmə obyektlərini, otelləri, klubları, restoranları, ibadət yerlərini, parkları, böyük idman və mədəni tədbirləri, təhsil müəssisələrini, hava limanlarını və digərlərini hədəf alırlar.

Eyni zamanda qeyd olunur ki, 2020-ci ilin payızında baş verən Dağlıq Qarabağ münaqişəsindəki intensiv döyüşlərdən sonra itkilər baş verməyə davam edir. ABŞ hökuməti giriş məhdud olduğu üçün Dağlıq Qarabağdakı və ətrafında olan ABŞ vətəndaşlarına təcili yardım xidmətləri göstərə bilmir.

Dövlət Departamenti ABŞ vətəndaşlarına Azərbaycanın Ermənistanla sərhədinə yaxın yollarda ehtiyatlı olmağı tövsiyyə edir.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin xəbərdarlıöğına Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) cavab verib. DTX-nın İctimai əlaqələr şöbəsindən modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ araşdırılır: “Qeyd olunan məsələ nəzarətimizdədir və müvafiq araşdırmalar aparılır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Böyük Britaniyanın beynəlxalq enerji və iqlim üzrə nazirini qəbul edib

Prezident İlham Əliyev BMT Baş katibinin birinci müavinini qəbul edib - Yenilənib

Prezident İlham Əliyev ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşavirini qəbul edib - Yenilənib

“Azərbaycan qadını dəyərsiz, özünə hörmət etməyən bir varlıqdır”

Azərbaycanlı iş adamı çayxanada güllələndi 

Zelenski müharibənin bitəcəyi tarixi açıqladı

Türkiyədə iki qızı parçalayıb qətlə yetirən Semihin atası üçün qorxunc planı: "Səni necə öldürüm?"

Rusiya XİN: ABŞ-nin iqlim mövzusundan Azərbaycana təzyiq göstərmək üçün istifadə etmək cəhdləri faydasızdır

Çində əhali yarıdan çox azala bilər - Hökümət çox narahatdır...

“Respublikanski”də hərbçimizin başına oyun açdılar - Həyat yoldaşı ölüm ayağında - FOTO

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay