Çərşənbə, 02 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İcma sədri: “Ağoğlan məbədi Alban müstəqil kilsəsinin irsidir, ermənilərlə heç bir bağlantısı yoxdur”

“Bu, bizim Laçına üçüncü səfərimizdir. Bu dəfəki səfərimiz Pasxa bayramı ilə bağlıdır. Bundan əvvəl Kəlbəcərin Vəng kəndindəki Xudavəng məbəd kompleksində olduq və orada ibadətimizi etdik”.

“Report”un əməkdaşı xəbər verir ki, bu sözləri Alban-Udi xristian dini icmasının sədri Robert Mobili Laçın rayonundakı qədim alban məbədi olan “Ağoğlan” monastırını ziyarət edən zaman deyib.

“İndi isə Laçın rayonundakı "Ağoğlan" məbədində həm ibadətimizi etmək, həm də Pasxa bayramını keçirmək istəyirik. Bu, bizim qədim alban müstəqil kilsəsinin zəngin irsidir. Bu regionda belə məbədlər, kilsələr mövcuddur. Bunlar 30 ilə yaxın idi ki, işğal altında idi. Həmin məbədlər əsir idilər. Bu, birbaşa Alban müstəqil kilsəsinin irsidir. Bu irsin erməni kilsəsinə heç bir bağlantısı yoxdur. Biz şəhidlərimizin qanı bahasına bu gün gəlib buranı ziyarət edirik”, - icma sədri vurğulayıb.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İrandan İsrailə 500-ə yaxın raket atılıb - Yenilənib

DTX-nın hərbi qulluqçularının maaşlarının məbləğlərində dəyişiklik edilib

Ürəyinizin düşməni - Saat 14:00-dan sonra bunları yeməyin

Bakının üç rayonunda suyun verilməsində fasilə yaranacaq

Xersonda bazara artilleriya hücumu olub: Ölənlər və yaralananlar var

Kamran Əliyev prokurorluq əməkdaşlarını təltif edib

Gələn ay Azərbaycana 160 elektrik mühərrikli avtobus gətiriləcək

İsrail Ordusu: İran tərəfdən artıq təhlükə yoxdur

Ən çox oxunanalar