Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səfər Mehdiyevə qarşı böyük ittiham: Ölkədə bahalaşmanın ən böyük baiskarı sizsiniz!

“Ölkədə qiymət artımının ən böyük baiskarlarından biri Gömrük Komitəsidir. Bir çox iş adamlarıdan aldığım məlumata görə, yanvar ayından başlayaraq Gömrük Komitəsi rəsmi qaimələri tanımaqdan tam imtina edib, özündən yeni sxem icad edib”.

PİA.az  xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

“Sadə dildə izah etməyə çalışım. Məsələn, Kamal dayı mal gətirir, Almaniyadan alıb, rəsmi qaimədə malın ədədinin (ya bir kq-nın) qiyməti 6 avrodur (12 manat). Gömrük isə “Mən bu qaiməyə inanmıram, həm də Kamal dayının gətirdiyi mal bazarda 18 manata satılır, ona görə də malın dəyərini 12 manatdan yox, 18 manatdan hesablayacam”, - deyir. Kamal dayı da öz növbəsində, “A kişi, atan yaxşı, anan yaxşı, bazarda 18 manatdırsa, sən 18 manat qiymət qoyub daha çox rüsum alacaqsansa, mən qiyməti artırmalı olacam axı”, - deyir. Gömrük də cavab verir ki, “Bunun mənə dəxli yoxdur, uzaq başı 1 manat güzəşt edib qiyməti 17 manata rəsmiləşdirə bilərəm”. Kamal dayı məcbur qalıb razı olur, malını çıxardır, malın maya dəyəri şişir, Kamal kişi bazara əvvəl eyni malı topdan 16 manata verirdi, mal da 18 manata satılırdı, indi bütün xərclər, o cümlədən gömrüyün yeni qaimə qiyməti malın üzərinə gələndə mayası 17 manat olur, Kamal kişi məcbur olub malını topdan 18 manata satır, o zamanda malın pərakəndə qiyməti artıq 20 manata qalxır.

Hə, indi məsələnin ardı da var axı, gələn ay eyni malı Kamal kişi yenə sifarış edib gətirir, adamın işi budur, gəlir gömrüyə və ona deyirlər ki, “Qaiməni boş ver, baxdıq bazara, satış qiyməti artıq 18 deyil, 20 manatdır, deməli, 19 manatdan rəsmiləşdirəcəyik”.

Bax beləcə, Gömrük spiralvari qiymət artımına təkan verir, sonra da Komitə sədri pandemiya şəraitində, iqtisadi aktivliyin çökdüyü dövrdə hər ay çıxıb deyir ki, “Biz daha çox pul yığmışıq”. Elə bil ayaqqabı istehsal edib pul qazanırlar, yığdıqları hər manatın son ödəyicisi bizik - vətəndaşlardır”.(Yenisabah.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

Ən çox oxunanalar