Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hüseyn Abdullayev Prezidentə müraciət etdi: "Məni vətəndaşlıqdan çıxarın"

Üç ildir həbsdə olan keçmiş deputat Hüseyn Abdullayev Azərbaycan vətəndaşlığından çıxarılması üçün prezidentə müraciət edib. Həm mənəvi, həm də psixoloji işgəncələrə məruz qaldığını, səhhətində ciddi problemlər yarandığından həyatını itirmək təhlükəsi ilə üzləşdiyini vurğulayan sabiq deputat bu durumda başqa çıxış yolu görmədiyini bildirib.

PİA.az-ın xəbərinə görə, Hüseyn Abdullayev müraciətində yazıb ki, həbsini təşkil edən qüvvələr onun haqqında yanlış fikir formalaşdırıb, böhtanlar yayıb.

“Mənim mərhum atanızla nə qədər yaxın olduğumu, onun mənə nə qədər inandığını və dövlətçiliyimizin bərkidilməsi istiqamətində heç nəyimi əsirgəmədiyimi Siz də bilirsiniz. Bir Allah şahiddir ki, nə mən, nə də məndən uzaq düşən anam bu cür zülmü, məlum qüvvələrin təzyiqlərini haqq etməmişik. Ona görə də mən uğrunda can qoyduğum, sabitliyi üçün gəncliyimi sərf etdiyim Azərbaycan vətəndaşlığından çıxmaq qərarına gəlmişəm. Öz elimdə düşmən kimi qəbul edilməyim məni belə bir ağır qərara vadar etdi”.

Abdullayevin belə bir müraciəti olduğunu anası da AzadlıqRadiosuna təsdiqləyib. Zeynəb Abdullayeva bildirib ki, oğlu belə bir addım atmağa məcbur olub: “Ona çox pis təsir edir ki, dövlətin indiki vəziyyətə hansı çətinliklərlə gəlib çıxdığından xəbəri olmayanların əli ilə ona zülm olunur. Halbuki, dövlətin qorunmasında onların yox, Hüseynin xidmətləri olub”.

Abdullayeva vurğulayıb ki, BMT-nin Əsassız həbslərlə bağlı İşçi Qrupu da qərarında oğlunun Türkiyədə saxlanıb Azərbaycana təhvil verilməsini qanunsuz sayıb, onun təcili azadlığa buraxılması haqda qərar çıxarıb. Amma Azərbaycan hökuməti o qərarı icra etmir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Azəbaycan təmsilçiləri “Avroviziya-2024” mahnı müsabiqəsində səhnəyə çıxıblar

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Qərbi Azərbaycan Xronikası: “Ağlasığmaz zəlzələ şəhəri batırdı, “Vay dərəsi” yarandı”

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - Fotolar

Ukrayna uğrunda Rusiya-NATO müharibəsi ola bilər?

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

Nəsimi rayonunda Ümummilli lider Heydər Əliyevə həsr edilmiş futbol turniri başa çatıb

Ən çox oxunanalar