Cümə, 07 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Amerikanın ikinci Vyetnamı - ABŞ-ın milyardlarını sovuran Əfqanıstan müharibəsi...

ABŞ-ın İraq, Əfqanıstan, Pakistan və digər bölgələrdəki hərbi xərcləri 7 trilyon dollara çatır. Saxta əsaslarla başladılan İraq istilasının da faciəvi şəkildə sona çatdığı aydın görünür...

Abdullah Muradoğlu
“Yeni Şafak” qəzeti, Türkiyə, 9 mart 2021-ci il

Bayden administrasiyası Əfqanıstan prezidenti Əşrəf Qaniyə məktub göndərərək “Taliban”la sülh razılaşması üçün danışıqların başlaya biləcəyini söyləyib. Məktubda tərəflərin Birləşmiş Millətlər Təşkilatının maliyyələşdirdiyi bir konfransda görüşməsi üçün çağırış edilib.

Tramp administrasiyası ilə “Taliban” liderliyi arasında əldə olunan razılığa əsasən, ABŞ əsgərlərinin mayın əvvəlinə qədər Əfqanıstandan çıxması gözlənilirdi. Trampın bu təşəbbüsünə ABŞ Konqresindəki iki partiya da etiraz etmişdi. Əslində, həm Demokratlar Partiyası, həm də Respublikaçılar Partiyası daxilində ABŞ-ın “sonsuz müharibələrə” son qoymalı olduğunu düşünənlər az deyil. Ancaq qoşunları geri çəkmək cəhdi bu günə qədər tam olaraq həyata keçirilməyib.

Amerika Hərbi-Sənaye Kompleksi ilə əlaqəsi olan xarici siyasət elitaları da “sonsuz müharibələr”in davam etməsində mühüm rol oynadılar. Xarici siyasət elitaları hər iki tərəf üçün çox təsirlidir. ABŞ prezidenti Barak Obamanın Milli Təhlükəsizlik Müşavirinin müavini olan Ben Rods sonsuz müharibə tərəfdarı olan xarici siyasət elitalarını “The Blob” (Su damcısı) adlandırmışdı. Rodsa ilham verən isə 1958-ci ildə çıxan məşhur fantastik qorxu filmlərindən biri olan “The Blob” idi. Stiven Mekuinin rol aldığı bu film nəhəng bir jele damcısına bənzəyən və qarşısına çıxan hər kəsi udaraq böyüyən əsrarəngiz bir canavarın yaratdığı panikadan bəhs edirdi.

“İmperiyaların qəbiristanlığı” adlanan Əfqanıstan 1979-cu ildə Sovet İttifaqı tərəfindən işğal edildi. Əfqanıstanın 10 illik işğalı Sovet İttifaqının dağılmasında mühüm rol oynadı. Amerikalılara görə, Əfqanıstan Sovet İttifaqının “Vyetnamı” olmuşdu. ABŞ da 2001-ci ildə 11 Sentyabr terror hücumlarını səbəb göstərərək Əfqanıstanı işğal etmişdi. 1972-ci ildə senator seçilən Co Bayden 2009-cu ilə qədər Senatın Xarici Əlaqələr Komitəsinin sədrliyi də daxil olmaqla, aktiv vəzifələrdə çalışdı. 2017-ci ilə qədər ABŞ-ın vitse-prezidenti vəzifəsini icra edən Bayden bütün bu proseslərdə Senatın effektiv üzvü və ABŞ-ın vitse-prezidenti kimi mühüm rol oynadı.

2001-ci ildə amerikalılar Əfqanıstan işğalının 20 il davam edəcəyini gözləmirdilər. Bir jurnalistin “Əfqanıstanda da Vyetnam kimi bir bataqlığa düşə bilərikmi?” sualına ABŞ-ın o zamankı prezidenti Corc Buş: “Vyetnamda çox vacib dərslər aldıq”, deyə inamla cavab vermişdi. Buş geri çəkilmə prosesi ilə bağlı da: “Sabah və ya bir ay, yaxud da bir-iki il sonra bitə bilər. Ancaq biz qalib gələcəyik”, demişdi. Əfqanıstanın işğalı sözdə “millət quruculuğu” bəhanəsi ilə bu günə qədər davam etdirildi. “Sonsuz müharibələr” ifadələrinin populyarlıq qazanmasının səbəbi məhz Əfqanıstandır.

ABŞ-ın bu məqamda uğursuz olduğu açıqdır. “Taliban” 2001-ci il istilası zamanı nəzarət etdiyi ərazi ilə müqayisədə, daha çox şeyə nəzarət edir. Lakin Viyetnam nümunəsində də olduğu kimi, xarici siyasət elitaları (The Blob) və generallar Amerika ictimaiyyətindən həqiqətləri gizlədərək, 2001-ci ildən bəri uğur hekayələri danışırlar. 2009-cu ilin dekabrında “The Washington Post” qəzeti tərəfindən nəşr olunan minlərlə səhifəlik sənədlər Əfqanıstan işğalının uğursuzluğunu ortaya qoyurdu.

2001-2020-ci illərdə Əfqanıstanda 50 minə yaxın mülki şəxs həyatını itirdi. Bu itkilərin, demək olar ki, yarısı uşaqlardır. Rəsmi məlumatlara görə, işğal dövründə 2400 amerikalı əsgər də daxil olmaqla, təxminən 158 min insan ölüb. İşğal dövründə Amerikanın vergi ödəyicilərinin cibindən 1 trilyon dollar çıxdı. Dolayı xərclərlə bu rəqəmin 2 trilyon dollara çatdığını deyənlər də var. ABŞ-ın İraq, Əfqanıstan, Pakistan və digər bölgələrdəki hərbi xərcləri 7 trilyon dollara çatır. Saxta əsaslarla başladılan İraq istilasının da faciəvi şəkildə sona çatdığı aydın görünür.

Keçən il dekabrın əvvəlində ABŞ-ın Baş Qərargah rəisi General Mark Milli: “Orada 20 il davam edən cəhdlərdən sonra bir az da olsa uğur qazandığımıza inanırıq”, deyib. Bu “bir az olsun”la ölçülən uğur hekayəsi 158 min insanın həyatı bahasına başa gəldi. On minlərlə insan əlil qalarkən, milyonlarla insan evini tərk etməyə məcbur oldu. Lakin bu “az da olsa qazanılan uğur” Hərbi-Sənaye Kompleksi və “Blob” elitasının cibini milyard dollarlıq bir xəzinə ilə doldurdu.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Diasporumuzun iki əhəmiyyətli siması arasında böyük dava

Səttar Möhbalıyevin qardaşının evində törədilmiş qətlin təfərrüatı

Sevmədiyi adamların əti ilə qidalanan, Rusiyanın ən yaşlı qatili Sofiya Jukova

Kirayə müqaviləsinin rəsmiləşdirilməsi qaydası dəyişdi

Beyləqanın icra başçısı vəzifəsindən azad edilib

Bəzi rənglərdə olan maşınları alan yoxdur: Ən çox satılanlar hansılardır?

Qabil Hüseynli: Gürcüstan dəyişməlidir və dəyişəcək...

Cəlilabadda turist avtobusu qəzaya düşüb, iki nəfər ölüb, yaralılar var - Yenilənib

Ekspert: Mərkəzi Banka 770 milyon manatlıq ofis lazımdırmı?

Birinci Qarabağ müharibəsində şəhid olan Rasim Eldarovun qalıqları Göyçayda dəfn edilib - Yenilənib

Ən çox oxunanalar