Bazar ertəsi, 03 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məşhur klarnet ifaçısı aktrisa ilə evləndi - Foto

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu aktrisa Aysel İbrahimova ilə ailə həyatı qurub.

PİA.az xəbər verir ki, A.İbrahimova bununla bağlı “Instagram” hesabında məlumat verib.

Aktrisa onu ailə dağıtmaqda ittiham edən şəxslərə sərt reaksiya verib:

“Bu postu cavab olaraq müvəqqəti paylaşıram. Sözüm bəzi saytlara, bəzi özünə və ailəsinə hörmət etməyən və bilib-bilmədən rəy yazan insanlaradır. Nişanlı yox, evliyik, 2021-ci ildə evlənmişik. Heç kimin ailəsini dağıtmamışam, dağılmış olan ailəni necə dağıda bilərəm? Bu mənim nə insanlığıma, nə də xanımlığıma yaraşan bir iş deyil. Ailənin içini bilmədən, heç kimi şəxsən tanımadan rəy bildirmək günahdır.

Mövzu haqqında heç bir fikrə sahib olmadan tənqid etdiyiniz zaman övladlarınızın gələcəyini düşünün. Qohumlarınızda, ailənizdə boşanmış insanları düşünün. Kimin ailəsinin nəyə görə dağıldığını bilmədən ağzınıza gələn rəyləri yazırsınız. Heç kəs ailəsinin dağılmağını istəməz. Ailə qurursan, illərlə əziyyət çəkirsən və inanın ki, tanınan bir insan boşuna, öz kefinə ailəsini dağıtmaz. Ona görə də, rəy bildirərkən məntiqlə düşünün!

Ailə qurmuşam mən nə günah iş görmüşəm ki? Bəziləri kimi ailəli ola-ola min hoqqadan çıxmamışam ki? Evlilik təklifi almışam, boşanma səbəbini bilmişəm, daha sonra tanıyıb, razılıq vermişəm. Elçilik olub, gəliblər, qohumları valideynlərimdən məni istəyiblər, daha sonra nişan və nikah baş tutub”.

Qeyd edək ki, Aysel İbrahimova Akademik Opera və Balet Teatrının aktrisasıdır. Bu, aktrisa və klarnet ifaçısının ikinci evliliyidir.(Oxu.Az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Putinin Ermənistanla bağlı planı üzə çıxdı - Oktyabrda başlayacaq

Bakıda sükan arxasındakı qızın bu hərəkəti müzakirə yaratdı - Video

Sabiq icra başçısının oğlu məhkəmə qarşısında

Mərhum sənətkarın oğlu: "Ölümündən altı ay əvvəl yaşananlar bizə hələ də qaranlıq qalır"

Bakı metrosunda dəhşətli hadisə: Qatar relslərə yıxılan vətəndaşın üstündən keçdi - Yenilənib

Ordumuzun nəzarətinə keçən məşhur körpü - Foto

İstanbulda Bələdiyyə Başçısı çökən bina ilə bağlı son vəziyyəti açıqlayıb - Yenilənib

Bu gün 36 minə yaxın abituriyent I və IV ixtisas qrupları üzrə qəbul imtahanı verib - Yenilənib

Ən çox oxunanalar