Cümə, 13 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-da Nensi Pelosini güllələmək istəyən qadın həbs olunub

ABŞ-da Nensi Pelosini güllələmək istəyən qadın həbs olunubNensi Pelosi
ABŞ federal hakimiyyəti yanvarın 6-da Kapitoliyə basqınla əlaqəli ittihamlar üzrə iki qadını həbs edib.

“Report” “The Washington Post”a istinadən xəbər verir ki, onlardan biri nümayiş zamanı Nümayəndələr Palatasının sədri Nensi Pelosini güllələmək niyyətində olduğunu bildirmişdi.

Federal Təhqiqat Bürosu yanvarın 12-də Don Benkroft və Diana Santos-Smitin konqres binasını tərk etməsi ilə bağlı bir video əldə edib. FTB-dən lazımi bilgiləri alan hüquq-mühafizə orqanlarının əməkdaşları qadınları müəyyənləşdirə və saxlaya bilib.

“Kapitoliyə girdik... İçəriyə daxil olduq, işimizi gördük... Nensi Pelosini lənət olası başından güllə ilə vurmaq üçün axtardıq, amma tapa bilmədik”, - videoda deyilir. FTB Benkroftun bu videonu uşaqlarına göndərdiyini iddia edir.

FTB-nin bildirdiyinə görə, daha əvvəl hücumda iştirak etmədikləri barədə səlahiyyətlilərə yalan danışan qadınlara qarşı üç federal ittiham, o cümlədən qanuni səlahiyyət olmadan məhdud girişi olan binaya qəsdən daxil olmaq və xuliqanlıq və ya ictimai qayda pozuntusu ilə hökumətin fəaliyyətinə mane olmaq ittihamları irəli sürülüb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış iş adamı Müqayis Verdiyev həbs edildi

Paşinyan yenidən hər kəsin gözündə ağ olan qatığın qara olduğunu iddia edir...

3000 şəhid məqaləsi vikipediyadan tamamilə silindi

Yeməklərdən sonra çay və ya kofe içənlərin nəzərinə!

Bin Ladeni öldürən dəstə bu ölkədə müharibəyə hazırlaşır

Azərbaycan nümayəndə heyəti Həştərxan vilayətində səfərdə olub

Türkiyədə öldürülən səkkiz yaşlı qızın anası danışdı

Ən çox oxunanalar