Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda Ukraynanın ilk fəxri konsulluğu açılıb - Foto

Azərbaycanda Ukraynanın ilk fəxri konsulluğu açılıb.

Musavat.com-un Ukraynanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, açılış mərasimi Şamaxı şəhərində baş tutub.

Ukraynanın fəxri konsulluğunun açılış mərasiminə qatılan Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski bundan sonra Ukraynanın bir hissəsinin qədim və əzəmətli Şamaxı şəhərində olacağına görə dövlət rəhbərliyinə, eləcə də Şamaxı rayon icra hakimiyyətinə təşəkkür edib.

Ukraynanın diplomatik missiyasının rəhbəri bugünkü əlamətdar hadisənin xüsusi məna və simvolizmlə dolu olduğunu vurğulayaraq Azərbaycan xalqını mühüm dövlət bayramı münasibətilə də təbrik edib. O, Azərbaycanın qarşısında duran bütün çətinliklərin öhdəsindən gəlməyi, eləcə də sülh, firavanlıq və çiçəklənmə arzu edib.

“Ukrayna bu gün vətəninin suverenliyini və ərazi bütövlüyünü müdafiə edən qardaş Azərbaycan xalqının hisslərini hamıdan yaxşı başa düşür. Bu dövrdə həm Ukrayna, həm Azərbaycan xalqı öz torpaqlarında, evlərində dinc yaşamaq, gələcək üçün planlar qurmaq və sülh səması altında çalışmaq üçün ağır sınaq qarşısındadır - Vətənə sədaqət və sevgi sınağı qarşısında”, - səfir açılış mərasimində çıxışı zamanı bildirib.

Azərbaycan xalqı ilə həmrəyliyi əlaməti olaraq, eləcə də Azərbaycanın Dövlət Bayrağı Gününün qeyd edilməsi münasibətilə, Ukraynanın Şamaxı şəhərindəki yeni açılmış Fəxri konsulluğunun binası bu gün Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılacaq.

Açılış mərasimində dövlətinin suverenliyi və ərazi bütövlüyünü müdafiə edərkən həlak olmuş Azərbaycan və Ukrayna qəhrəmanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

pia.az 


Etiket: Konsulluq


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər gününə həsr olunmuş konsert proqramı keçirilib

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Ancelina Colinin iki sevgilisinin olduğu üzə çıxdı - Onlar kimlərdir?

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

Şamaxıda dəm qazı 63 yaşlı qadını öldürüb

“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub

Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son görüntüsü 

Sel suları Xaçmaz-Quba yolunda avtomobillərin hərəkətini çətinləşdirib

İmtahana hazırlaşanların nəzərinə: Günün bu saatları dərs oxusanız, beyin...

İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib

Ən çox oxunanalar