Çərşənbə axşamı, 04 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hikmət Hacıyevdən fransız jurnalistin süjeti ilə bağlı paylaşım

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Fransanın TF1 televiziya kanalı ilə bağlı paylaşım edib.

PİA.az bildirir ki, bu barədə  H.Hacıyev “Twitter” hesabında məlumat yayıb.

Ermənistanın hərbi təcavüzünün qərəzsiz işıqlandırılmasına görə Fransanın TF1 jurnalistlərinin erməni lobbisi tərəfindən təzyiqlərə məruz qalmasını və təhdid olunmasını kəskin şəkildə pisləyirik. Bu, peşəkar jurnalistikaya və söz azadlığına qarşı hücumdur”, - deyə o bildirib.

Qeyd edək ki, Fransanın məşhur TF1 televiziya kanalında Dağlıq Qarabağdan-cəbhə xəttindən yayımlanan reportajda Azərbaycandakı vəziyyət, ermənilərin mülki insanları hədəfə alması, Gəncənin yaşayış massivini bombardıman etməsindən bəhs edilib.

Kanalın müxbiri Liseron Budul cəbhə xəttində olub və əsgərlərimiz ona ermənilərin silah və sursatlarını qoyub qaçdığını söyləyiblər. Azərbaycan Ordusunun sona qədər gedəcəyini və torpaqlarımızın hər qarışını azad edəcəyini vurğulayıblar.

Reportajda cəbhə xəttinə yaxın yerlərdə insanların gündəlik həyatının çətin olduğu, onların erməni silahlı qüvvələri tərəfindən atəşə tutulduğu göstərilib. Qadın və uşaqların yeraltı xəndəklərdə sığınacaq tapdığı diqqətə çatdırılıb.

Nous condamnons fermement pressions et menaces proférées par lobby arménien contre les journalistes français de @TF1 pour avoir fait un reportage impartial sur l’agression armée de l’Arménie. Il s’agit d’une attaque contre le journalisme professionnel et la liberté d’expression. pic.twitter.com/IQ3WfS4LfN

— Hikmet Hajiyev (@HikmetHajiyev) October 23, 2020

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda 21 yaşlı qızın sirlərlə dolu ölümü: Qonaq getdiyi evdə nə baş verib? - Yenilənib

Baş Prokurorluq zavodun 5 əməkdaşının ölməsi faktı ilə bağlı araşdırma aparır - Yenilənib

Azərbaycanın batan səhiyyəsi: Avropada birinci, dünyada ikinci…

Azərbaycanda bu tarixdə güclü istilər müşahidə olunacaq: 50 dərəcədən yuxarı...

Bütün tapşırıqları Arif Rəhimovdan aldığını bildirdi

Aktrisa Sevinc Əliyeva açıq-saçıq səhnələr barədə danışdı: "Pula görə işləmişəm"

Ərəstun Oruclu: Dünya artıq qlobal müharibə ərəfəsindədir...

Türkiyədəki Neft Şirkətinə hücum və Netanyahunun oğlunun təxribatçı xəritəsi... - Nələr baş verir?     

Ən çox oxunanalar