Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyada ilk dəfə GMO buğdası üçün rəsmi icazə verildi

Argentinanın “Bioceres” biotexnologiya şirkəti GMO buğdasını becərmək üçün müvafiq qaydada rəsmi icazə alıb.

“Report” “Komersant”a istinadən xəbər verir ki, bununla da Argentina GMO məhsullarının becərilməsinə rəsmi şəkildə yaşıl işıq yandıran ilk ölkə olub.

Şirkətin məlumatına görə, HB4 texnologiyası ilə yetişdirilən, son vaxtlar daha geniş vüsət almış quraqlığa qarşı dayanıqlı olan yeni buğda növünün məhsuldarlığı əvvəlkilərindən 20 faiz artıqdır. Qeyd edək ki, daha əvvəl GMO qarğıdalısı və soyasının becərilməsi üçün də rəsmi icazə verilib. Lakin GMO buğdasına qarşı ictimaiyyət hələlik ehtiyatlı mövqe tutur. Bir çoxlarının fikrincə, bu cür bitkilərin becərilməsi, onlardan ərzaq məhsullarının hazırlanması insan sağlamlığına da, təbiətə də təhlükə yaradır.

Hazırda GMO buğdasının ixracı barədə Braziliya, Uruqvay, Paraqvay, Boliviya, ABŞ aidiyyəti qurumları ilə danışıqlar aparılır. Sonrakı mərhələdə “Bioceres” şirkəti bir sıra Asiya və Afrika ölkələri, Avstraliya, Rusiya ilə də danışıqlara başlamağı nəzərdə tutur.

pia.az


Etiket: GMO buğdası


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

Səhiyyə Nazirliyinin adından sosial şəbəkələrdə saxta kampaniya keçirilir - Birgə məlumat

Azəbaycan təmsilçiləri “Avroviziya-2024” mahnı müsabiqəsində səhnəyə çıxıblar

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Qərbi Azərbaycan Xronikası: “Ağlasığmaz zəlzələ şəhəri batırdı, “Vay dərəsi” yarandı”

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ən çox oxunanalar