Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Belarusda yüzminlik aksiya zorakılıqla dağıdıldı - Yüzlərlə saxlanılan var

Oktyabrın 4-də onminlərlə insan Belarusun paytaxtı Minskdə küçələrə çıxaraq ölkədəki siyasi məhbuslara azadlıq tələb edib. Artıq səkkizinci həftəsonudur Aleksandr Lukaşenkonun idarəçiliyinə qarşı kütləvi etirazlar keçirilir.

Müxalifətin "Nexta" xəbər kanalıyazır ki, Minskdə 100 min nəfərdən artıq insan küçələrə çıxıb, polis onları su şırnağıyla dağıdıb. Etirazçılar müxalifətin ağ-qırmızı rəngli bayrağını qaldırıb, təcridxanalara doğru addımlayıblar. Hüquq-mühafizə orqanları isə Minskin mərkəzində küçələri bağlayıb, sakinlərin şəhər mərkəzinə getməməsi üçün bəzi metro stansiyalarında qapılar bağlanıb.

Brest, Qrodna, Qomel, Moqilev və başqa şəhərlərdə etirazlar keçirilib. “Vyasna” insan haqları qrupu ölkə boyunca 200-dən çox etirazçının saxlandığını bildirir. 17 jurnalistin də saxlandığı xəbər verilir. Polis sənədləri yoxlayandan sonra onlardan beşindən başqa digərləri buraxılıb.

9 avqust seçkisindən sonra rəsmi orqanlar Lukaşenkonun səslərin 80 faizdən çoxunu yığdığını açıqlayıb. Kütləvi etirazlarda öldürülənlər olub, yüzlərlə insan xəsarət alıb, 10 mindən çox etirazçı saxlanıb.

Müxalifətdən namizəd Svetlana Tixanovskaya seçkidən bir gün sonra qonşu Litvaya sığınıb. O, sentyabrın 30-da kölgə kabineti formalaşadırmağa başladığını açıqlayıb, deyib ki,Aleksandr Lukaşenko rejimi təkcə qeyri-legitim deyil, həm də öz vəzifələrini yerinə yetirə bilmir. Müxalifətin bir neçə aparıcı üzvü ya həbsə atılıb, ya da ölkədən çıxmağa məcbur edilib.

Qərb Lukaşenkonu Belarus prezidenti kimi tanımır. Oktyabrın 2-də Birləşmiş Ştatlar və Avropa Birliyi (AB) seçkidə saxtakarlı və etirazçılarda divantutmaya görə məsuliyyət daşıyan Belarus rəsmilərinə sanksiyalar açıqlayıb. Belarus da dərhal AB-yə cavab sanksiyaları açıqlayıb, ancaq qara siyahıya kimlərin salındığı bəlli deyil. (azadliq.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

Azəbaycan təmsilçiləri “Avroviziya-2024” mahnı müsabiqəsində səhnəyə çıxıblar

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Qərbi Azərbaycan Xronikası: “Ağlasığmaz zəlzələ şəhəri batırdı, “Vay dərəsi” yarandı”

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - Fotolar

Ukrayna uğrunda Rusiya-NATO müharibəsi ola bilər?

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

Ən çox oxunanalar