Bazar, 26 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Reuters”in Qarabağ haqda şok saxtakarlığı üzə çıxdı

Tarixçi alim, professor Cəmil Həsənli “Reuters” agentliyinin təxribatının üstünü açıb. Yenisabah.az-ın məlumatına görə, professor bildirib ki, nüfuzlu agentlik ATƏT-in Minsk Qrupunun həmsdər ölkələrinin prezidentlərinin yaydığı bəyanata “əl gəzdirib”:

“Məlum olduğu kimi dünən ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin prezidentləri Ermənistan Azərbaycan müharibəsi ilə bağlı birgə bəyanatla çıxış etdilər. Rəsmi bəyanatda deyilir: “Rusiya Federasiyasının prezidenti Vladimir Putin, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp və Fransa Respublikasının prezidenti Emmanuel Makron Dağlıq Qarabağ münaqişə zonasının təmas xəttində baş verən zorakılığın artmasını qəti şəkildə pisləyirlər. Həlak olanların və yaralananların ailələrinə başsağlığı veririk. Biz iştirakçı tərəflərin silahlı qüvvələri arasında hərbi əməliyyatların dərhal dayandırılmasına çağırırıq. Biz həmçinin ErmənistanAzərbaycan rəhbərlərini ATƏT-in Minsk Qrupu həmsədrlərinin yardımı ilə vicdanla və ilkin şərtlər irəli sürmədən nizamlanmanın mahiyyəti üzrə danışıqları bərpa etməklə bağlı öhdəlik götürməyə çağırırıq".

Bəyanatın şərhinə keçməzdən öncə bu sənədə "Reuters" tərəfindən necə əl “gəzdirildiyinə” toxunmaq istərdim. Sənəd çox qısa, aydın və dəqiq ünvanlı olduğu halda onu ilk yayan "Reuters" üç ölkə prezidentlərinin yuxarıda qeyd edilən açıqlamasına bəzi "əlavələr" edib. Nədən ibarətdir bu əlavə? Rusiya, ABŞ, Fransa prezidentlərinin "ErmənistanAzərbaycan rəhbərlərini ATƏT-in Minsk Qrupu həmsədrlərinin yardımı ilə vicdanla və ilkin şərtlər irəli sürmədən nizamlanmanın mahiyyəti üzrə danışıqları bərpa etməklə bağlı öhdəlik götürməyə" ünvanlanmış çağırışlarına "Reuters" Dağlıq Qarabağ rəhbərliyini də əlavə edib. Yəni guya üç həmsədr ölkənin prezidentləri hərbi əməliyyatların təcili olaraq dayandırılması və ön şərtsiz danışıqlara başlaması üçün Ermənistan, AzərbaycanDağlıq Qarabağ rəhbərliyinə müraciət ediblər.

Təsadüfdürmü bu? Axı, bu boyda təsadüf ola bilməz. Söhbət hansısa ictimai təşkilatın açıqlamasından getmir, Minsk Qrupunun həmsədri olan 3 nüfuzlu ölkənin prezidentinin bəyan etdiy sənəddən gedir. Özünə hörmət edən, böyük nüfuzu və zəngin tarixi ənənəsi olan bir agentlik buna necə yol verə bilərdi? Əlbəttə, burada söhbət Ermənistan rəhbərliyinin uzun müddət Dağlıq Qarabağın oyuncaq rejiminin münaqişənin tərəfi kimi qəbul etdirmək cəhdlərinə informasiya "dəstəyindən" gedir. Amma bu dəfə bu "dəstəyi" Reuters öz adından yox, üç həmsədr ölkənin prezidentləri adından "edib". Nəticədə "Reuters"in sənəd üzərində "cərrahiyə əməliyyatı" yalananın tirajlanmasına gətirib çıxardı. Yəni dünyanın çox nüfuzlu informasiya agentlikləri sənədin əsl mətnini deyil, "Reuters" tərəfindən saxtalaşdırılmış mətnini yaydılar”.

Cəmil Həsənlinin sözlərinə görə, bu sıradan bir dezinformasiya deyil. “Bu dezinformasiyadan daha dərin, daha ziyanlı bir saxtakarlıqdır. Axı, hazırda innovative şəkildə yayılan yalan, saxtakarlıq və dezinformasıyanı əsl məcrasına qaytarana qədər iş-işdən keçir, yalan ayaq tutub yeriyir. Ona görə də indiki həssas və məsuliyyətli məqamda "Reuters"in belə hərəkəti məyusluq doğurur”.

Tarixçi alim prezidentlərin bəyanatını da şərh edib. O bildirib ki, hadisələrin hazırkı müharibə həddinə gəlib çıxmasında Minsk Qrupu həmsədrlərinin xüsusi məsuliyyəti var: “30 ilə yaxın bir müddətdə onlar üzərlərinə düşən işi görə bilmədilər, deklarativ şəkildə bəyan etdikləri sülhə Azərbaycan torpaqlarının işğalda qalması hesabına nail olmağa çalışdılar, vəziyyəti nizamlayan gercək danışıqlara deyil, danışıq imitasiyasına üstünlük verdilər, problemin həllini süni şəkildə uzadılması yolu ilə Azərbaycan xalqını işğala adaptasiya etməyə cəhd göstərdilər, nəinki işğalçı ilə işğalın qurbanın eyniləşdirdilər, öz imitasiya siyasəti ilə işğalçını şirnikləşdirdilər. Nə qədər ağır, üzüntülü olsa da, gercək mənzərə bundan ibarətdir.

Əgər doğrudan da üç həmsədr ölkənin prezidentləri hərbi əməliyyatların dayanmasını, bölgədə sülhə gedən yolu açmaq istəyirdilərsə, ilk növbədə BMT TŞ-nın 1993-cü il qətnamələrinin tələblərinə uyğun olaraq ilk addım kimi Ermənistan işğalçı qoşunlarının Azərbaycandan çıxmasını, gec də olsa işğalçını beynəlxalq hüquqa və beynəlxalq münasibətlərin universal prinsiplərinə, BMT nizamnaməsinə və ATƏT-in təməl prinsiplərinə hörmət etməyə çağırmalı idilər. Bunun əksi işğalçını şirnikləşdirmək siyasətidir”.

Cəmil Həsənli əlavə edib ki, üç ölkə prezidentləri Azərbaycana qarşı 30 ilə yaxın davam edən Ermənistanın işğal siyasətinə göz yummaqla, işğalın qurbanını deyil, işğalçını “xilas” etməyə diplomatik səylər göstərməklə, Azərbaycan torpaqlarınına münasibətdə işğal status-kvo rejimini saxlamağa dəstək verməklə nəinki Minsk Qrupunun həmsədri olmağa mənəvi haqlarını itiriblər, eyni zamanda həmsədrlik institutu ilə birlikdə Minsk Qrupunu da dəfn etmiş oldular.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əli Mirəliyev: "Bilmirəm adamlara nə cavab verim"

Azərbaycanda ilk dəfə bəzi avtomobillər ucuzlaşıb

"Eurolux"un rəhbəri və qardaşı oğlu niyə bıçaqlanıb?

Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - Yenilənib

Şuşa şəhərinə yeni köçürülən 32 ailəyə mənzillərin açarları təqdim edilib - Yenilənib

30 yaşlı kişiyə ərə veriləcəyi deyilən doqquzuncu sinif şagirdi ilə bağlı rəsmi açıqlama

“Şuşa – İƏT-in Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramı ilə bağlı Protokol təsdiqlənib

Ermənistan Azərbaycanla sərhəddə müşahidə məntəqələri tikir

Zelenski Rusiya ilə atəşkəsə dair danışıqlardan imtina edib

Rəşad Əhmədov: "Fazil Mustafanı vurmaq üçün 30 min dolların az olduğunu dedi" 

İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir - Yenilənir    

Ən çox oxunanalar