Bazar ertəsi, 17 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qurban Qurbanov: "Stadiondan çıxıb geri qayıtmışam"

"Qalib gəldik, futbolçuları təbrik edirəm. Son 8 gündə 2-ci oyunumuz idi. Amma sonadək gücümüz çatdı. Bizim üçün vacib oyun idi. Sönük matç kimi görünsə də, qol epizodlarımız çox oldu. İstifadə edə bilmədiyimiz üçün bir az əsəbilik var idi. İstənilən halda, növbəti mərhələyə vəsiqə qazandıq və ən azı, Avropa Liqasının pley-offunu təmin etdik".

Bunu Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda "Şerif"ə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis bildirib ki, rəqib belə hallarda daha aqressiv olur. Çünki itiriləsi bir şeyi olmur: "Son dəqiqələrdə 1-2 epizodları oldu. Ümumilikdə oyuna nəzarət bizdə idi. Onlar özləri də qırmızı vərəqə alacaqlarını gözləmirdilər. Futbolçulara ciddi yanaşmağı tapşırmışdım".

O, mövsümün sonunda komandanl tərk edən Miçel Madera ilə yeni transfer Uroş Matiçi müqayisə edib: "Miçelin vaxtında fərqli oyun göstərirdik. İndi bir az daha geridən oynayırıq. Matiçdan daha çox şey gözləyirik. 4-5 ay futbol oynamayıb. Gələcəkdə daha yaxşı olacaq".

Qurbanov sıx qrafikin futbolçulara çətinlik yaradacağını söyləyib: "Onlar ən böyük yüklənməni oyunda alır. Bərpa üçün çox vaxt alır. Təkcə milli komanda deyil, ondan sonrakı qrafik də çox sıxdır. Bunu 3 gün öncə də müzakirə etdik. Əvvəlki illərdən daha çətin olacaq. Bu da futbolçularda nəinki yorğunluq, zədəyə də gətirib çıxara bilər. Futbolçular istirahıtlərinə fikir verməlidirlər. Deməzdim ki, bu vəziyyət onları uçuruma aparacaq".

Qurbanov rəqib komandanın baş məşqçisi Zoran Zekiçin mətbuat konfransında iştirak etmək istəməməsinə münasibət bildirib: "Məndə bir dəfə belə hal olub. Hətta stadiondan çıxıb geri qayıtmışam. "Qarabağ"da 3-cü vəı ya 4-cü oyunum idi. "Simurq"a uduzmuşduq. Azarkeşlər istefa qışqırmışdılar. Sonradan stadionba qayıdıb konfransda iştirak etdim".

Təcrübəli mütəxəssis deyib ki, növbəti oyunlarda daha yaxşı müdafiə xətti olacaq: "Bu səhvləri düzəltmək olar. Kevin və Bədavi nadir hallarda təkbətək mübarizələri uduzurlar. Bunlar yorğunluqdan irəli gələn şeylərdir. Meydanın vəziyyəti də onlara mane olurdu".(report)

pia.az


Etiket: Qurban Qurbanov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"İnci" Rəqs Ansamblının "86.6" adlı hesabat konserti baş tutub - Fotolar

Tağı Əhmədovun toydan yeni görüntüsü - Video

Diqqətli olun! - Kartınızdakı bütün pullar oğurlana bilər

“Banu”nun Güneli illər sonra üzə çıxdı - paylaşımı ürək sızlatdı - Video

Tanınmış jurnalist komaya düşdü - Vəziyyəti ağırdır

İstirahətə gedən zaman soyuducuya qəpik qoyun - Səbəb

Aygün Namiqdən gileyləndi: "Məni xoşbəxt edə bilmədin"

Rostov İstintaq Təcridxanasının əməkdaşları terrorçulara kömək etməkdə şübhəli bilinir - Yenilənib

Paşinyan niyə Lukaşenkonu hədəf seçdi? - Tarasov

İyunun ortaları bu bürclər üçün çox uğurlu olacaq

Donald Tramp: "Zelenski bütün siyasətçilər arasında ən böyük tacirdir"

Beynəlxalq Konfransda Ukrayna üzrə yekun sənədi 91 ölkədən 80-i dəstəklədi

Ən çox oxunanalar