Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Murad Köhnəqala onu qınayanlara od püskürdü

Yazar Murad Köhnəqala onu ittiham edənlərə cavab verib.

Musavat.com xəbər verir ki, yazar yaxın dostu Kəramət Böyükçöllə bağlı baş verən olayda, konkret olaraq sonuncunun içkiyə meyl etməsində onu suçlayanlara kəskin cavab yazıb. M.Köhnəqala bu fikri yayanları "düşük" adlandırıb: "Bir-iki düşük yazır ki, guya Kəraməti mən içirdirəmmiş. Bir dəstə düşük də altından şərh yazıb məni söyürlər. Nə deyim, vallah, adam qalır belə. Bəs, indiyə qədər kim içirdirmiş Kəraməti? İçdiyinə görə atası ona təzyiq kimi "Ölsəm cənazəmin üstünə buraxmayın onu!" deyəndə kim içirdirmiş onu, görəsən? Kəramət alkoqoldan təmizlənmək üçün dəfələrlə sistem altında yatanda kim içirdirmiş onu? Birinci ailəsindən, ikinci ailəsindən ayrılanda kim yıxıb ağzına araq töküb onun? Bu, nə düşüncədi?"

M.Köhnəqala yazıb ki, K.Böyükçöl ötən il indiki həyat yoldaşı ilə iki aya yaxın onun üçotaqlı kirayə evində yaşayıb və o zaman onu içməyə qoymayıb: "Həyat yoldaşı Səidə xanım bunu təsdiqləyə bilər. İçmək istəyini bildirəndə üstünə bozarmışam, o da fikrindən vaz keçib. Həmin ərəfələrdə Kəramətlə Səidə şəhərə çıxıb harasa gedəndə narahat olub zəng eləmiş, qəti şəkildə içməməyini tapşırmışam. Onu bu cür ayıq saxladığıma görə atası mənə dəfələrlə minnətdarlıq eləyib. Tale elə gətirdi ki, bu dəfə də mən Kəramətin üçotaqlı evində öz istəyi ilə müvəqqəti yaşayası oldum. Son zamanlar içməsinə və içkili halda canlı yayım etməsinə etiraz olaraq gecə mübahisə edib əşyalarımı götürərək onların evindən çıxmışam. Həmin gün şair dostum Elman Tovuzgildə gecələmişəm".

M.Köhnəqala polis tərəfindən saxlanması məsələsini də detallı təsvir edib: "Sabah axşamtərəfi Kəramətgildə unutduğum notbuk adaptorunun arxasınca gələndə evdə polisləri görmüşəm. Polislər məni evə buraxmaq istəməsə də, mən israrla adaptorumu götürmək istədiyimi bildirmişəm. Onlar məni içəri buraxıblar. Kəraməti soruşmuşam, deyiblər ki, Kəraməti polis idarəsinə aparmışıq. Mən adaptorumu çantama qoyduqdan sonra polislər məni və Kəramətin yanına qonaq gələn yaxın dostu Ramili də maşına mindirərək 28-ci polis bölməsinə gətiriblər.

Mən Kəraməti polis bölməsində görmüşəm. Sonra hər üçümüzdən ifadə alaraq növbəti gün günorta vaxtlarında polis idarəsindən bizi çölə buraxıblar. Ramillə məni ayrıca, Kəraməti isə atasına təhvil verməklə buraxıblar. Atası isə onu müalicə olunmaq üçün hansısa dispanserə aparıb. Atası ilə zəngləşəndə müalicə məsələsini özü mənə dedi".

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Bakının məşhur ticarət mərkəzində sahibkar özünü asdı

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ikitərəfli görüş keçirilir - Yenilənib, Video

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

Sankt-Peterburqda avtobus körpüdən çaya düşüb, 6 nəfər ölüb - Hadisə anının videosu- Foto, Yenilənib

Prorektorun qətlini sifariş edən rektora hökm oxundu

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Ən çox oxunanalar