Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koronavirusdan ölümə gətirib çıxaran əsas səbəb açıqlandı

Qanda fon Villebrand faktorunun yüksək olması COVID-19-a yoluxan xəstələrdə ağırlaşmalara və ölümə gətirib çıxaran əsas səbəbdir...

Rusiyalı alimlərin bununla bağlı araşdırmaları qısa şəkildə “MedicalXpress”də dərc olunub.

Mütəxəssislərin fikrincə, SARS-CoV-2 virusunun çoxalması qan damarlarının divarlarına ziyan vurur, bunun nəticəsində fon Villebrand faktoru sərbəst qalır. Nəticədə, tromboz riski, dolayısı ilə insult təhlükəsi və qan dövranı sistemində digər pozğunluqlar artır. Yeni tip koronovirusdan ölümlərin əksəriyyəti məhz qan laxtalanmasının həddən çox olması ilə əlaqədardır.

Xəstəliyin ağır formasının yüksək miqdarda faktorlarla əlaqələndirilməsi koronavirusa yoluxan bəzi pasiyentlərin özlərini normal hiss etmələrinin, digərlərinin isə ağciyərlərin süni ventilyasiyası cihazına qoşulmasının səbəbini izah edir.

Sözügedən zülalın səviyyəsi və fəaliyyəti ayrı-ayrı insanlarda müxtəlif cür dəyişir. Məsələn, kişilərdə qadınlara nisbətən daha çox miqdarda olur, həmçinin yaşın artması ilə onun səviyyəsi yüksəlir.

SARS-CoV-2-nin qan damarlarının daxili səthini örtməklə hüceyrələri zədələdiyinə dair artan sübutlar var. Bu vəziyyətdə damarların və kapilyarların lokal iltihabı inkişaf edir. Kəskin respirator-distress sindrom da fon Villebrand faktoru ilə əlaqələndirilə bilər.(oxu.az)

pia.az


Etiket: koronavirus


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

İsrail döyüş təyyarələri Livanı vurub, həlak olanlar var

Sumqayıtda 40 yaşlı kişini ürəyindən bıçaqladılar

Sabahdan Bakıda suyun verilməsi əvvəlki rejimdə təmin ediləcək

"Bizim Cəbiş müəllim"in Makedonu: "Məni sayan, yada salan olmadı"

Ağ Ev Ukrayna üçün yeni yardım paketini açıqlayıb

Ən çox oxunanalar