Çərşənbə axşamı, 28 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanın müdafiə nazirinə qarşı cinayət işi başlandı

Ermənistanın müdafiə naziri David Tonoyan 2 il müddətinə azadlıqdan məhrum edilə bilər...

“Report” xəbər verir ki, məlumatı Ermənistan İstintaq Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Rimma Yeqanyan da təsdiqləyib.

Onun sözlərinə görə, nazirə qarşı cinayət işi ehtiyatda olan zabit Çolak Xaçatryanın şikayəti əsasında başlanılıb.

İstintaq davam edir.

David Tonoyan Ermənistan Cinayət Məcəlləsinin 353-cü maddəsinə əsasən ittiham olunur.

Bu maddə məhkəmə aktının icra olunmaması barədədir: “Vəzifəli şəxsin bilərəkdən qanuni qüvvəyə minən məhkəmənin və ya başqa məhkəmə aktını icra etməməsi və ya mane olması”.

Cinayəti sübut edilsə, nazir əməkhaqqının 5 misli qədər cərimə ediləcək, yaxud bir aydan 3 ayadək, ya da 2 ildən artıq müddətə azadlıqdan məhrum ediləcək.

Qeyd edək ki, David Tonoyanın tutduğu vəzifədən azad ediləcəyi barədə məlumatlar yayılıb.

pia.az


Etiket: David Tonoyan

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Emin 4 il əvvəl boşandığı modellə yenidən evləndi

Libidosu ən yüksək olan bürclər açıqlandı - Video

Kanalda batan Azərbaycan hərbçisinin meyiti tapılıb

Şabranda komaya düşən məktəbli xəstəxanada ölüb

NATO Parlament Assambleyası Ukraynaya alyans silahları ilə Rusiyaya hücum etməyə icazə verib

Zaqatalada 44 yaşlı qadın odlu silahla qətlə yetirilib, qardaşı saxlanılıb

Azərbaycan idmançıları Batumidə kikboksinq və MMA üzrə beynəlxalq turnirdə qalib olublar

Zakir Həsənov: Azərbaycan Ordusu azad edilmiş ərazilərdə mövqelərini daha da möhkəmləndirir

İlham Əliyev: Azərbaycan həmişə inkişaf etməkdə olan kiçik ada dövlətləri ilə həmrəy olub

Ən çox oxunanalar