Bazar, 26 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Azadlıq Radiosu"nun prezidenti vəzifədən azad olunub

AzadAvropa/AzadlıqRadiosu media-korporasiyasının prezidenti Jamie Fly vəzifədən azad olunduğunu açıqlayıb...

Şirkət əməkdaşlarına məktubunda Fly qeyd edib ki, ABŞ Qlobal Media Agentliyinin (USAGM) rəhbəri Michael Pack ona vəzifədən kənarlaşdırılması haqda məlumat verib.

“AzadAvropa/AzadlıqRadiosu-nu böyük kədər hissiylə tərk edirəm. Bir il ərzində bu təşkilata rəhbərlik bütün həyatım boyu daşıyacağım şərəfdir”, – Fly yazıb.

“The Associated Press” xəbər verir ki, Pack USAGM-ə daxil olan daha üç media təşkilatının – Azad Asiya Radiosunun, Yaxın Şərq Yayım Şəbəkəsinin və Kuba Yayım Bürosunun rəhbərlərini vəzifədən kənarlaşdırıb. Bundan başqa Pack Açıq Texnologiyalar Fondunun rəhbərini də işdən çıxarıb.

Pack iki həftə öncə USAGM-ə rəhbər təyin olunub. Bu müddət ərzində AzadAvropa/AzadlıqRadiosu, Azad Asiya Radiosu və Yaxın Şərq Yayım Şəbəkəsinin direktorlar şurasının üzvlərini dəyişib, özünü sədr təyin edib.

Pack agentlik əməkdaşlarına elektron məktubunda yazıb ki, sözügedən media təşkilatlarının müstəqilliyinin təminatı prinsipinə sadiqdir və bu qurumların vəzifəsi dünya üzrə izləyicilərinə müstəqil xəbərlər çatdırmaqdır. (AzadlıqRadiosu)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əfv sərəncamına əsasən dörd qadın məhbus azad edili

İsrail Ordusu Cenin şəhərində əməliyyat keçirir

Qazaxda çay daşıb, yaşayış sahələrini su basıb

Qazaxın işğaldan azad edilən dörd kəndinin sakinləri doğma yurdlarında - Video

Paytaxtdakı uşaq bağçasında çəkilən kadrlar müzakirələrə səbəb olub

Azərbaycanda hotellərə ulduz dərəcəsi hansı meyarlara görə verilir?

Siyəzəndə 45 yaşlı kişi özünü güllələyib

Ən çox oxunanalar