Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəşid Mahmudov: "Belə məmurlar Allahlarını tanımırlar…"

"Bunlar bəşəriyyətin bizim üçün göndərdiyi bu boyda bəladan nəticə çıxarmaq əvəzinə, fürsətdən istifadə edib “xaltura” edirlər”"...

“Koronavirus elə yaxşı gəldi bu məmurlar üçün. Allah bizə yeri kürəsini verib dedi ki, gedin şəraitinizi qurun yaşayın. Amma insanlar atom bombası və müxtəlif silahlar düzəldib bir-birilərini qırmağa başladılar”

PİA.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov deyib. O, bir ziyalı kimi insanlara yardım etmək üçün qrup yaratdığını bildirib:

“Mən bir ağsaqqal kimi qrup yaratmışam və onun 48 nəfər üzvü var. Burda məqsədimiz aztəminatlı Gədəbəy sakinlərinə dəstək olmaqdır. Rusiyada yaşayan soydaşlarımızdan bir çoxu bir çağırışıma səs verib kömək etdilər. Hər bir ailəyə 81 manatlıq ərzaq yardımı verdik. İndiyə kimi 250 aztəminatlı ailəyə bu yardımı çatdırmışıq və hələ də davam edirik. Bu cür oğullarımızın hər birinə təşəkkürümü bildirirəm”.

R.Mahmudov kasıbların ərzağını mənimsəyən məmurları da sərt tənqid edib:

“Koronavirus elə yaxşı gəldi bu məmurlar üçün. Allah bizə yeri kürəsini verib dedi ki, gedin şəraitinizi qurun yaşayın. Amma insanlar atom bombası və müxtəlif silahlar düzəldib bir-birilərini qırmağa başladılar. Belə adamlar Allahlarını tanımırlar. Koronavirus Allahı tanımaq üçün bu adamlara göndərilib. Müsəlman olasan və kasıbların haqqını yeyəsən, bu biabırçılıqdır. Belə icra nümayəndələrinə ən ağır cəza verilməlidir ki, başqlarına da dərs olsun. Bunlar bəşəriyyətin bizim üçün göndərdiyi bu boyda bəladan nəticə çıxarmaq əvəzinə, fürsətdən istifadə edib “xaltura” edirlər”.

Qeyd edək ki, İsmayıllı rayon icra hakimiyyəti başçısının İsmayıllı şəhəri üzrə icra nümayəndəsi Məhərrəm Əhmədov aztəminatlı ailələr üçün dövlət tərəfindən ayrılmış ərzaq sovqatlarını mənimsədiyi və vətəndaşlardan rüşvət aldığı üçün Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluq tərəfindən təxirəlasınmaz əməliyyat zamanı həbs edilib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Bakının məşhur ticarət mərkəzində sahibkar özünü asdı

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ikitərəfli görüş keçirilir - Yenilənib, Video

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Canlı yayım

Prorektorun qətlini sifariş edən rektora hökm oxundu

Sankt-Peterburqda avtobus körpüdən çaya düşüb, 6 nəfər ölüb - Hadisə anının videosu- Foto, Yenilənib

MSK sədri parlament seçkilərinə hazırlıq prosesindən danışıb

Ən çox oxunanalar