Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Adı "qara siyahı"da olan şəxsin qohumu ölsə, ona evdən çıxmağa icazə veriləcəkmi?

Dəfn mərasimində iştirak etmək adı ilə 8103-ə yalan mesaj yazdıqları üçün adları "qara siyahı"ya salınan vətəndaşların sonradan vəfat edən yaxın qohumunun dəfn mərasimində iştirakının necə tənzimlənəcəyi məlum olub...

PİA.az xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov "ASAN Radio"nun efirində məlumat verib.

Onun sözlərinə görə, bu kimi halların hər biri nəzərə alınıb:

“Çünki vətəndaş bəzən 8103 qısa SMS nömrəsinə 3 kodu vasitəsilə icazəni səhvən də göndərə bilər. Belə hallarla rastlaşan vətəndaşlar “ASAN Xidmət”in 9108 Çağrı Mərkəzinə zəng edirlər. Onlar həqiqətən də yaxın qohumunun vəfat etdiyini ifadə edirlər. Bir şərtlə ki, dünyasını dəyişən şəxs haqqında məlumatlar əldə olunur.

Hətta digər ailə üzvləri (varsa) ilə bağlı məlumatlar götürülür və həmin vətəndaşın dəfn mərasimində iştirak etməsi üçün yenidən imkan yaradılır. Amma bununla bağlı sonradan Daxili İşlər Nazirliyinə məlumatlar ötürülür və analiz olunur. Əgər yenidən sui-istifadə halları olduğu aşkarlanarsa, bununla bağlı qanunvericiliyə uyğun şəkildə müvafiq tədbirlər görülür”. (Report)

pia.az


Etiket: 8103

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Ən çox oxunanalar