Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moda evlərinin ən zəngin sahiblərinin sərvəti hesablandı

GQ (“Gentlemen's Quarterly”) jurnalının Avstraliya versiyası moda aləminin ən zəngin şəxslərinin reytinqini tərtib edib. Siyahı nəşrin saytında dərc olunub...

Reytinqin ilk pilləsini “Louis Vuitton Moët Hennessy” (LVMH) şirkətlər qrupunun rəhbəri, eləcə də Avropanın ən zəngin adamı olan Bernar Arno tutur. Onun sərvəti 137 milyard Avstraliya dollarına (140 milyard AZN) müvafiqdir.

İkinci yerdə isə “Inditex” mağazalar şəbəkəsinin (bura “Zara”, “Bershka”, “Massimo Dutti”, “Pull & Bear”, “Stradivarius”, “Oysho” kimi məşhur brendlər daxildir) sahibi Amansio Orteqanın adı çəkilir. Onun sərvəti 93,1 milyard Avstraliya dolları (95 milyard AZN) təşkil edir.

Dünyanın ən zəngin qadını, dünya parfümeriya və kosmetika bazarının lideri olan “L’Oréal”ın sahibi Fransuaza Betankur isə üçüncü pillədə qərarlaşıb. Onun sərvəti 78,3 milyard Avstraliya dollardır (80 milyard AZN).

Reytinqdə, həmçinin “Nike” idman geyimləri brendinin təsisçisi Fil Nayt, “Kering” konqlomeratının sahibi Fransua Pino, Yaponiyanın “Uniqlo” markasının başçısı Tadasi Yanai və “Chanel ” evinin varisləri Alen və Cerard Verthaymer yer alıblar.

pia.az


Etiket: Moda evləri


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Magistraturaya II cəhd qəbul imtahanı keçirilib, yekun nəticə 6 həftə ərzində təqdim olunacaq - Yenilənib

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

Xalq artisti: “Hərdən deyirəm ki, biz artıq sonuncu mogikanlarıq”

Zaqatalada həmkəndlisinə 13 bıçaq zərbəsi endirmiş şəxs saxlanılıb - Yenilənib    

Ən çox oxunanalar