Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan Rusiyaya qarşı sərt danışdı - Nəticəsi nə olacaq?

Ərdoğan Putinlə Suriyada qarşıdurmaya gedə bilər...

Politoloq: “Ərdoğanın Putin və Rusiya haqqında açıqlaması kifayət qədər sərt açıqlama idi”.

“İdlibdə Əsəd ordudu, rus ordusu və Türkiyə ordusu arasında konflikt yarana bilər”.

Bu sözləri politoloq Əhəd Məmmədli Ərdoğanın Rusiyaya qarşı etdiyi son çıxışını PİA.az-a şərh edərkən qeyd edib.

Rusiya Astana və Soçi razılaşmalarına sadiq deyil. Bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, İdlibdə bombardmanın dayandırılması barədə danışıqlar aparılır:

"Rusiya ilə həm Soçidə, həm də Astanada razılaşmalar əldə olundu. Bu razılaşmalara Rusiyanın sadiq qalacağı təqdirdə biz də eyni sədaqətlə yola davam edəcəyik. Amma təəssüf ki, Rusiya Astana və Soçi razılaşmalarına sadiq deyil. Dostlarımız onlarla danışıqlar aparır. Bu danışıqlarda İdlibdəki bu hücumları dayandırmağı tələb edirik. Əks təqdirdə bizim də səbrimizin tükəndiyini bildirdik. Bundan sonra nə lazımdırsa, biz də onu edəcəyik”.

Ərdoğan onu da qeyd edib ki, Rusiya Əsəd rejiminə lazım olan xəbərdarlığı etməlidir:

“Sonuncu dəfə Hələbdən biz tərəfə hücumlar oldu. Bunlara biz bir yerə qədər dözərik, səbir edərik, amma bundan sonra lazımi addımları atacağıq. Bu məsələdə Rusiya da əgər bizə ortaqsa, mövqeyini bəlli edəcək. Biz torpaq və ya başqa nəsə əldə etməyə çalışmırıq. Oradakı məzlum, zərərçəkən insanları xilas etməyə çalışırıq. Arzumuz Rusiyanın dost kimi gördüyü rejimə lazımı xəbərdarlığı etməsidir”.

Ərdoğan Putinlə Suriyada qarşıdurmaya gedə bilər və ehtimal qarşıdurmanın Rusiya və Türkiyəyə təsirləri ilə bağlı nə demək mümkündür?

Mövzunu PİA.az-ın əməkdaşı “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədli ilə müzakirə edib.

Əhəd Məmmədli: “Rusiya Suriyaya görə Türkiyə ilə münasibətləri qurban verməz”.

İdlibdə atəşkəsin elan olunacağını proqnoz edən politoloq PİA.az-a açıqlamasında bildirib ki, əgər İdlibdə atəşkəs elan olunmasa, Türkiyə məcburən müxalifətə dəstək verəcək:

“Ərdoğanın Putin və Rusiya haqqında açıqlaması kifayət qədər sərt açıqlama idi. Amma bununla bərabər Ərdoğan açıqlamasında yenə bir uzlaşma yeri qoydu. Ərdoğan sadəcə olaraq dünən top atdı ki, məsələ həll edilməlidir. Həmçinin Rusiya-Türkiyə münasibətlərinə nəzər yetirilməlidir.

Ərdoğan mesajları ilə Rusiyaya çatdırmaq istədi ki, onların Suriya ilə münasibətləri daha vacibdir, yoxsa Türkiyə ilə. Düşünürəm ki, iqtisadi münasibətləri nəzərə alaraq Rusiya Suriyaya görə Türkiyə ilə münasibətləri qurban verməz.

Bildiyimiz kimi İdlib yenə bombalanır və yenə insan təlafatları olur. Həmçinin yenə də minlərlə insan Türkiyə sahillərinə gəlir. Yəni artıq 500 minə yaxın insan Türkiyə sərhəddindədir. Bu da növbəti qaçqın axınıdır və təbii ki, Türkiyə buna göz yuma bilməz. Həm də İdlib müxalifətin son qaladıdır. Bu son qala hələlik Türkiyənin hesabına ayaqda qalıb. Son qala da verilsə, müxalifət Suriyada tam əzilmiş olacaq. Buna da Türkiyə imkan verməməlidir və verməyəcək. Ərdoğanın açıqlamasında da biz bunu görürük.

Əhəd Məmmədli: “Ortada çox milyardlıq projelər var. Rusiya bu milyardları Əsədə görə riskə atmaz”.

Hesab edirəm ki, Putin güzəştə getməlidir və gedəcək də. Necə ki, Putin əvvəlki məsələlərdə güzəştə getdi və Əsədçilərin İdlibə hücumunu dayandırdı. İndi də ən azından İdlibdə atəşkəs elan olunacaq. Əgər İdlibdə atəşkəs elan olunmasa, Türkiyə məcburən müxalifətə dəstək verəcək. Buna görə də İdlibdə Əsəd ordudu, rus ordusu və Türkiyə ordusu arasında konflikt yarana bilər. Bunun da hansı dərinliklərə getməsini biz rus qırıcısının vurulması ilə yaşamışıq.

Həmçinin bu regiona böyük fəsadlar gətirə bilər. Buna da nə Türkiyə, nə də Rusiya maraqlı deyil. Çünki ortada çox milyardlıq projelər var. Rusiya bu milyardları Əsədə görə riskə atmaz”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Ən çox oxunanalar