Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Badamdar sürüşmə sahəsində hansı işlər görüləcək?- FHN

FHN Badamdar sürüşmə sahəsində görüləcək işləri açıqlayıb...

“Badamdarla 20-ci sahə arasında olan magistral avtomobil yolunun sağ yamacındakı sürüşmə sahəsində aktivlik davam edir. Orada sürüşməyə əsas səbəb sudur. Yağış yağdı, su kütləsi artdı və bununla da yamac hərəkətə gəldi. Yuxarıdakı quyular vasitəsilə sürüşmə zonasında suyun qarşısını bir qədər almağa çalışırıq”.

Bunu APA-ya açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Ekzogen Fövqəladə Hallar şöbəsinin müdiri Ramiz Rzayev deyib. O bildirib ki, artıq 6 quyu işləyir, 1-2 günə isə 5 quyu da aktivləşdiriləcək: “Bununla vəziyyət stabilləşəcək. Badamdarda hələ kanalizasiya sistemi yeni inşa edilir. Həmin ərazidə yaşayış evlərinin kanalizasiya sistemi yoxdur. Bu evlərə müvəqqəti kanalizasiya çəkməliyik. Bundan sonra işlər davam etdiriləcək”.

Şöbə müdirinin sözlərinə görə, martın əvvəlində yuxarıda suqəbuledici quyunun qazılmasına başlanılacaq: “Quyunu daxildən bərkitmək üçün metal lövhələr lazımdır, bunlar da Yaponiyada istehsal olunur. Onlar gətirildikdən sonra quyular qazılıb divarları bərkidiləcək ki, heç bir hadisə baş verməsin. Bundan sonra başladığımız işləri daha intensiv şəkildə həyata keçirəcəyik. Terraslar yaradılacaq, sonra aşağı hissədən artıq kütləni hissə-hissə çıxardıb yerlərini düzəldəcəyik. Daxildə xırda işlər isə çoxdur”.

R. Rzayev qeyd edib ki, təxminən yayın sonuna ərazidə işlər tam yekunlaşacaq: “Üç quyu qazılacaq və onların hər birinə ən az bir ay vaxt lazımdır. Quyular qazılarkən digər işlər də davam etdiriləcək. Martda quyuların qazılmasına başlanılsa, yayın axırına işlər tamamlanmalıdır. Yuxarı hissədə diametri 3.5 metr, dərinliyi isə 30 metr olan quyular qazılacaq. Quyuların daxilinə texnika - qazma aqreqatı qoyulacaq. Quyunun içindən 50 metr uzunluğunda filtrlər çəkiləcək. Filtrlərə su daxil olub oradan quyuya axacaq. Çəkiləcək xətt vasitəsilə su kollektora gedəcək”.

Qeyd edək ki, yanvarın 9-da səhər saatlarında Badamdar sürüşmə sahəsində yenidən aktivləşmə baş verib. Eni təxminən 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdar-20-ci sahə arasında olan magistral avtomobil yoluna doğru hərəkət edərək yolu bağlayıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Magistraturaya II cəhd qəbul imtahanı keçirilib, yekun nəticə 6 həftə ərzində təqdim olunacaq - Yenilənib

Xalq artisti: “Hərdən deyirəm ki, biz artıq sonuncu mogikanlarıq”

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Zaqatalada həmkəndlisinə 13 bıçaq zərbəsi endirmiş şəxs saxlanılıb - Yenilənib    

Ən çox oxunanalar