Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Yeni sərhəd-buraxılış məntəqələrinin fəaliyyətə başlaması barədə müzakirə aparılır”

“İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı general-mayor Qasım Rzayinin rəhbərliyi altında nümayəndə heyəti ilə görüşümüz dostluq-qardaşlıq münasibətləri çərçivəsində keçib”...

Bunu bu gün Astarada İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı general-mayor Qasım Rzayi ilə görüşdən sonra jurnalistlərə açıqlamasında Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev bildirib.

E. Quliyev deyib ki, görüşdə yanaşı “Astara” dəmiryolu buraxılış məntəqəsinin, yeni avtomobil yolu və piyada keçidinin tikintisi ilə bağlı aidiyyəti tədbirlər diqqət mərkəzində olub: “2018-ci illə müqayisədə 2019-cu ildə ölkələrimiz arasında sərhəd-buraxılış məntəqələrindən həm şəxslərin, həm nəqliyyat vasitələrinin keçidində çox ciddi artım var. Şəxslərin sayı təqribən 21.5 % artıb və bu, çox ciddi bir göstəricidir. Eyni zamanda nəqliyyat vasitələrinin sayında 13 % artım qeydə alınıb. İki ölkə arasında yeni sərhəd-buraxılış məntəqələrinin fəaliyyətə başlaması məsələləri müzakirə olunur. Bu məsələ həm də hökumətlər arasında müzakirə obyektidir. Sərhədyanı digər əlaqələrin qurulması, inkişaf etdirilməsi bu gün gündəlikdədir. Bütün bunlar hamısı ölkələrimiz arasında olan xoş münasibətin təzahürü, göstəricisidir. Möhtərəm cənab Prezident İlham Əliyev daima Azərbaycan-İran əlaqələrinin sərhəd mühafizəsi istiqamətində inkişafına dair göstərişlər verir. Biz də qürurla çalışırıq ki, möhtərəm Prezidentimizin bu tapşırıqlarının ən yüksək səylə icrasını təmin edək."

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Türkiyədə artan inflyasiya Azərbaycanda hansı sahələrə təsir edir?

“Bavariya” və “Mançester Yunayted” arasında məşqçi mübadiləsi baş tuta bilər

Mişel ilə Kobaxidze arasında telefon danışığı olub: “Tarixi şansı qaçırmayın”

Ən çox oxunanalar