Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Huawei Mobile Services artıq 45000 tətbiqə sahibdir

Huawei Google şirkəti tərəfindən dəstəyin dayandırılması şəraitində sağ qalmaq uğrunda mübarizə aparmağa davam edir

Şirkət artıq Huawei Mobile Services (HMS) adlı paketi üçün tətbiq hazırlayan kənar tərtibatçılar ilə dostlaşıb və bu istiqamətdə ilkin uğurları əldə edib.

PİA.az technote.az-a istinadən bildirir ki, HMS-a öz növbəsində stifadəçi üçün lazım olan baza tətbiqlər əlavə ediləcək və həmin tətbiqlər Google şirkətinin servislərinin analoqu qismində çıxış edəcəklər. Bura messencer, elektron poçt tətbiqi, xəritə və s. daxildir.

Android əməliyyat sistemi açıq mənbəli koda sahib sistem olsa da Google şirkətinin servislərindən istifadə etmək üçün xüsusi lisenziya əldə etmək lazımdır. Bu səbəbdən Huawei şirkəti məcbur qalaraq öz alternativ variantları üzərində çalışmalıdır. 23 dekabrdan başlayaraq HMS-in və HMS Core Test-in beta-testinə start verilmişdi. Məlumata əsasən HMS-də artıq 45.000 ədəd tətbiq var. Ümumilikdə diqqət çəkən göstəricidir. Lakin Google Play-də tətbiqlərin sayı 3 milyondur.

Baxmayaraq ki, həmin tətbiqlər arasında digər məşhur tətbiqlərin analoqları, klonları və aşağı keyfiyyətli versiyaları var, istifadəçilər yenə də geniş seçimə sahibdirlər. Huawei üçün bu hələki başlanğıcdır və şirkət tətbiq siyahısının genişləndirilməsi üzərində çalışır. Məlumata əsasən şirkət artıq 1 milyon tərtibatçının dəstəyini əldə edib. Bundan əlavə olaraq şirkət HMS ekosistemini genişləndirəcək və inkişaf etdirəcək tərtibatçılar üçün 1 milyard dollar dəyərində fond da yaratmaq niyyətindədir.

pia.az


Etiket: Huawei


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ən çox oxunanalar