Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sığorta xidmətləri əhalini qane edir? - Edirsə inamsızlığın səbəbi nədir?..

Sığorta bazarında rəqabət mühiti varmı, yoxsa bir çox sahələrdə olduğu kimi bu sahədə də monopolist mövqe üstünlük təşkil edir?..

İqtisadçı: “Sığorta şirkətlərinin əksəriyyətini məmurların adı ilə bağlayırlar. Əslində bu da Azərbaycanın ümumi imicinə ziyan vurur”.

“İstər əmlakların icbari sığortası, istər avtomobillərin sığortası zamanı müxtəlif vasitələrlə ödənişləri yubatdıqlarına və az verdiklərinə, ümumilikdə isə çox bərbad xidmət göstərdiklərinə görə insanların arasında sığorta şirkətləri haqqında çox pis imic formalaşıb”.

Bu sözləri iqtisadçı Nazim Bəydəmirli Azərbaycanın sığorta bazarındakı vəziyyəti PİA.az-a şərh edərkən qeyd edib.

2019-cu ilin yanvar-iyun aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 361.3 milyon manat məbləğində sığorta haqları toplanıb, 119.1 milyon manat məbləğində isə sığorta ödənişləri həyata keçirilib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına əsasən, könüllü sığorta bazarı üzrə haqqlar 241.8 milyon manat, ödənişlər isə 83.3 milyon manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqqlar 119.5 milyon manat, ödənişlər isə 35.8 milyon manat olub. 2019-cu ilin yanvar-iyun aylarında sektor üzrə məcmu sığorta haqlarının 66.9%-i könüllü, 33.1%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 69.9%-i könüllü, 30.1%-i icbari sığorta növləri hesabına formalaşıb.

Son zamanlar isə Azərbaycanın sığorta bazarı ciddi müzakirə obyektinə çevrilib. İstər yanğınlarla bağlı ortaya çıxan problemlər, istərsə də yanvarın birindən mənzillərin icbarı sığortalanması ilə bağlı qərar bu sahəni önə çıxarıb.

Maraqlıdır ki, Azərbaycanda əsasən icbari sığorta üstünlük təşkil edir və son zamanlar baş verən yanğınlar da göstərdi ki, iş dünyası, o cümlədən orta və kiçik sahibkarlar sığorta şirkətlərinə inanmırlar və bu üzdəndə könüllü sığorta Azərbaycanda demək olar ki, inkişaf etmir. Azərbaycanda əhalinin çox kiçik faizi sığortaya ehtiyac dyuyur və onlara etimad göstərir.

Bəs Azərbaycanda göstərilən sığorta xidmətinin keyfiyyəti haqqında nə demək mükündür? Hazırda Azərbaycanın sığorta bazarındakı vəziyyəti necə dəyərləndirmək olar. Hər şeydən əvvəl sığorta bazarında rəqabət mühiti varmı və bir çox sahələrdə olduğu kimi bu sahədə də monopolist mövqe üstünlük təşkil edir, yoxsa əksinə?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı ekspert, Azərbaycan İqtisadçılar Klubunun prezidenti Nazim Bəydəmirli ilə müzakirə edib.

Nazim Bəydəmirli: “Sığorta şirkətləri haqqında pis imicin formalaşması ümumi Azərbaycan iqtisadiyyatında olan problemlərdən qaynaqlanır”.

Hökumətin atdığı addımların vətəndaşların hüquqlarının qorunmasına yönəldiyini vurğulayan iqtisadçı bildirib ki, biz bunu son zamanlar olan yanğınlarda gördük. Nazim Bəydəmirli vurğulayıb ki, əslində bu yanğınların bir layihə olduğu və məmurlara xidmət etdiyi fikri cəmiyyətdə formalaşıb. Bu da mənfi tendensiyadır:

Azərbaycanda 25-26 sığorta şirkəti var. Azərbaycanın ümumi iqtisadiyyatından qaynaqlanan problemlər var. Bu problemlərdən əsası da iqtisadiyyatın inhisarlaşmış olmasıdır. Hər-halda bankların özlərinin sığorta şığorta şirkətləri var. Eyni zamanda icbari sığorta ilə bağlı da dövlət addımlar atır. Amma istər əmlakların icbari sığortası, istər avtomobillərin sığortası zamanı müxtəlif vasitələrlə ödənişləri yubatdıqlarına və az verdiklərinə, ümumilikdə isə çox bərbad xidmət göstərdiklərinə görə insanların arasında sığorta şirkətləri haqqında çox pis imic formalaşıb. Ancaq onu da qeyd edim ki, bu pis imicin formalaşması heç də bütövlükdə sığorta şirkətlərinin günahı deyil.

Sığorta şirkətləri haqqında pis imicin formalaşması ümumi Azərbaycan iqtisadiyyatında olan problemlərdən qaynaqlanır. Eyni zamanda da xarici sığorta şirktləri birbaşa ilkin sığorta ilə məşğul olmurlar. Onlar təkrar sığorta bazarına buraxılırlar ə onlara bir çox məhdudiyyətlər qoyulub. Bu da bir çox şayiə və söhbətlərə yol açır və xaricdə Azərbaycan iqtisadiyyatına, biznes mühitinə olan inamı azaldır.

Nazim Bəydəmirli: “Əslində bu yanğınların bir layihə olduğu və məmurlara xidmət etdiyi fikri cəmiyyətdə artıq formalaşıb”.

Bu baxımdan hesab edirəm ki, ilk növbədə məmur sahibkarlığı ləğv edilməlidir. Çünki sığorta şirkətlərinin əksəriyyətini məmurların adı ilə bağlayırlar. Əslində bu daha çox Azərbaycanın ümumi imicinə ziyan verir.

Azərbaycanda sığorta şirkətləri normal işləsə belə, yenə də onlar haqqında cəmiyyətdə mənfi düşüncələr var və bu iqtisadi sitemdə olaması da təbiidir. Buna görə də insanlar sığorta ödənişlərini vaxtında etmirlər. Çünki sığorta şirkətlərinə inam, etibar azalıb.

Bütün bunlara rəğmən hökumətin atdığı addımlar vətəndaşların hüquqlarının qorunmasına yönəlib. Biz bunu son zamanlar olan yanğınlarda da gördük. Əslində bu yanğınların bir layihə olduğu və məmurlara xidmət etdiyi fikri cəmiyyətdə artıq formalaşıb. Bu da mənfi tendensiyadır”.

Nərminə UMUDLU
pia.az

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova

Bəhram “kənd-şəhər” söhbəti etdi, tənqid olundu - Video

Ən çox oxunanalar