Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda orta ömür uzunluğu nə qədər yüksəlib?

1980-2017-ci illər ərzində Azərbaycanda ortalaşdırılmış ömür uzunluğu 8 yaş artaraq 72,1 yaşa çatıb...

Bu barədə Asiya İnkişaf Bankının (AİB) "Asian Economic Integration Report 2019/2020 (AEIR): Demographic Change, Productivity, and the Role of Technology" adlı hesabatında deyilir.

Hesabata əsasən, Asiyada ən yüksək göstərici Honkonqda (84,7 yaş), ən aşağı göstərici isə Əfqanıstanda (64 yaş) qeydə alınıb.

Dinamikaya gəldikdə, qeyd edilən dövr ərzində ən yüksək artıma Kamboca nail olub. Belə ki, sözügedən ölkədə 37 il ərzində əhalinin ortalaşdırılmış ömür uzunluğu 41,8-dən 69,3-ə çatıb. Ən zəif artım isə Gürcüstanda qeyd alınıb. Bu ölkədə ortalaşdırılmış ömür uzunluğu cəmi 3,7 yaş artaraq 73,4-ə yüksəlib.

Qeyd edək ki, hesabata əsasən, Asiya üzrə ortalaşdırılmış ömür uzunluğunun orta göstəricisi 72,6 yaş təşkil edir.

Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, son 15 ildə Azərbaycanda ömür uzunluğu 73,4 yaşdan 75,8 yaşa yüksəlib. O cümlədən kişilər üzrə 70,8 yaşdan 73,3 yaşa, qadınlar üzrə 76,1 yaşdan 78,2 yaşa qədər artıb. (APA)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər gününə həsr olunmuş konsert proqramı keçirilib

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs kimdir? - Dosye

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Ancelina Colinin iki sevgilisinin olduğu üzə çıxdı - Onlar kimlərdir?

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - Yenilənib 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər - Foto, Yenilənib

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

Şamaxıda dəm qazı 63 yaşlı qadını öldürüb

İmtahana hazırlaşanların nəzərinə: Günün bu saatları dərs oxusanız, beyin...

Ən çox oxunanalar