Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hamilə qadınlar üçün təhlükəli hesab olunan ürək xəstəliyinə gec diaqnoz qoyulur

Hamilə qadınların müayinəsində kardioloq müayinəsi 1-ci sırada olmadığına görə onlar üçün ən təhlükəli xəstəlik hesab olunan Peripartum kardiomiopatiya diaqnozu 80% halda doğuşdan sonrakı 1-ci ay müddətində, hətta daha gec – 4-5-ci aylarda qoyulur...

Bu barədə Səhiyyə Nazirliyinin akad.C.M Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutunda “Peripartum kardiomiopatiya”- hamilə qadınlarda və doğuşdan sonrakı erkən mərhələlərdə ürək çatışmazlığına dair” elmi-praktik seminarda məlumat verilib.

Seminarda qeyd edilib ki, “Peripartum kardiomiopatiya” hamiləliyin son 4 həftəsində və hamiləlikdən sonraki 5-ci aylar arasında inkişaf edən, ana ölümü ilə nəticələnə bilən ürək problemidir:

“PPKM hamiləlik zamanı çox tez-tez rast gəlinən patologiyalardandır. Ürək xəstələrində olan bir sıra şikayətlər – başgicəllənmə, təngnəfəslik, hava çatışmazlığı hissi, uzandıqda boğulma, öskürək, topuqlarda ödem, tez yorulma hamilələrdə adi halda görülən simptomlar olduğu üçün onlara diqqət yetirilmir. Buna görə də əksər hallarda hamilə qadınlardakı mövcud ürək problemləri erkən mərhələdə aşkarlanmır. Diaqnoz qoyularkən isə artıq xəstəlik inkişaf edərək son mərhələyə çatır”.

Qeyd edək ki, seminarın keçirilməsində məqsəd bu halların profilaktikası və xəstəliyin erkən diaqnostikası üçün yuxarıda göstərilən şikayətləri olduqda (Peripartum kardiomiopatiya nöqteyi nəzərindən şübhəli görünən) hamiləliyin son aylarında və hamiləlikdən sonra kardioloqun baxışı və exokardioqrafik müayinənin aparılmasının zəruri olduğunu hər kəsin nəzərinə çatdırmaq olub.(trend)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Sumqayıtda itkin düşən məktəbli tapılıb - Yenilənib  

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

Bakıda universitetdə oğlan tələbələr saqqala görə dərsə buraxılmadılar - Foto

İsa Qəmbər Müsavat Partiyasının başqanlığına namizəd olub

Azərbaycanda yeni qarpız və yemiş növləri yaradılır

Ən çox oxunanalar