Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda idarəetmə sistemi tarixində yeni era başlayır – Deputat

Azərbaycanda həyata keçirilən islahatlar hazırda kadr islahatları mərhələsindədir. Bu, həyata keçirilən islahatların növbəti keyfiyyət mərhələsi kimi qiymətləndirilməlidir

İslahatları zəruri edən şərtlər Azərbaycan iqtisadiyyatının inkişafı, onun böyüməsi və qlobal iqtisadi çağırışlar kontekstində özünü yeniləməsi və rəqabət qabiliyyətinin artırılması kontekstində qəbul edilməlidir.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, şübhəsiz ki, kadr islahatlarını zəruri edən şərtlər də artıq formalaşmışdı və bu indiyə qədər həyata keçirilən islahatlar nəticəsində mümkün olmuşdu:

“Çünki daha səmərəli kadrlarla və daha səmərəli idarəetməni təşkil etmək üçün ilk növbədə konstitusional və qanunvericilik əsasları yaradılmışdı. Eyni zamanda, struktural islahatlar nəticəsində idarəetmənin effektivliyini təmin etmək üçün yeni qurumlar da formalaşıb. Bir məqama xüsusi diqqət çəkmək lazımdır ki, kadr islahatları paralel olaraq həm də struktur islahatları ilə müşahidə olunur.

Azərbaycan Prezidenti islahatların hazırki mərhələsindən danışarkən qeyri-neft sektorunun inkişafı ilə bağlı məsələlərə də toxundu. Qeyd etdi ki, şərti olaraq hazırkı mərhələni postneft mərhələsi adlandırmaq olar. Ona görə yox ki, bizim neftimiz qurtarır. Ona görə ki, biz ümumiyyətlə neft faktorunu iqtisadiyyatda unutmalıyıq. Göründüyü kimi bu yeni fəlsəfənin özü Azərbaycan iqtisadiyyatının önündə yeni üfüqlər açır.

Təyin olunan yeni kadrların qarşısında yəni vəzifələr müəyyənləşdirir ki, bu da olduqca vacibdir. Prezident inzibati resursların və məmurların iqtisadi proseslərə müdaxiləsini də sərt şəkildə tənqid etdi. Düşünürəm ki, bu da əslində nəticə çıxarmalı olan qurumlar və məmurlar üçün olduqca ciddi bir xəbərdarlıq idi. Həmçinin, prezident iqtisadi müstəqilliyin əsas faktor olduğunu və dövlətin siyasi müstəqilliyini təmin edən başlıca məqam olduğunu diqqətə çatdırdı. İqtisadiyyatı olmayan ölkə, öz özünü təmin edə bilməyən ölkə şübhəsiz ki, beynəlxalq münasibətlər sistemində də müəyyən təzyiqlərə məruz qalır ki, bu da eyni zamanda ölkənin müstəqil siyasi qərarlar qəbul etmək məqsədlərini məhdudlaşdırır”.

H.Babaoğlu qeyd edib ki, indiki vəziyyətdə ərazi bütövlüyünü bərpa etməyi əsas hədəf kimi müəyyənləşdirən Azərbaycan üçün iqtisadi müstəqillik olduqca vacibdir:

“Bu mənada da siyasi müstəqillik birbaşa iqtisadi müstəqilliklə bağlıdır. Bütövlükdə isə hazırda Azərbaycanda idarəetmə sistemi tarixində yeni nəsil dəyişməsi baş verir, yeni era başlayır . İstər-istəməz yaşın gətirdiyi bir mühafizəkarlıq, bir lənglik var ki, bu, təbii bir prosesdir.

Ona görə də vaxtaşırı milli inkişafı təmin etmək üçün bu cür islahatların aparılması vacib şərt kimi ortaya çıxır ki, hazırda Azərbaycanda da bu proses baş verir. Bu proses təkcə indiki tarixi mərhələdə keyfiyyət dəyişikliyi yaratmaqla bitməyəcək, özündən sonrakı mərhələnin də inkişafını təmin etmək üçün fundamental əsaslar yaradacaq”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər gününə həsr olunmuş konsert proqramı keçirilib

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs kimdir? - Dosye

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Ancelina Colinin iki sevgilisinin olduğu üzə çıxdı - Onlar kimlərdir?

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - Yenilənib 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər - Foto, Yenilənib

Şamaxıda dəm qazı 63 yaşlı qadını öldürüb

İmtahana hazırlaşanların nəzərinə: Günün bu saatları dərs oxusanız, beyin...

Ən çox oxunanalar