Mark Esperlə Hulusi Akar arasında telefon danışığı olub...
APA-nın yerli bürosunun Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqon sözçüsü Conatan Hoffman bildirib.
Onun sözlərinə görə, nazirlər telefon danışığı zamanı Suriyanın şimalında aparılan hərbi əməliyyatlarla bağlı fikir mübadiləsi aparıblar.
ABŞ Müdafiə naziri H. Akara ABŞ-ın İŞİD-ə qarşı koalisiyasının əldə etdiyi irəliləyişləri təhlükəyə atdığı üçün Türkiyənin koordinasiyasız fəaliyyətlərinə qarşı olduğunu deyib.
M. Esper ölkələr arasında strateji münasibətlərin əhəmiyyətini də vurğulayıb.
pia.az