Çərşənbə, 29 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vurğun Əyyubla vida mərasimi keçirilir - Fotolar, Video

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sabiq rəhbəri Vurğun Əyyub vəfat edib...

Bu barədə onun dostları məlumat veriblər. V.Əyyub xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Mərhumla vida mərasimi bu gün saat 16-da Xətai rayonu İlqar Zülfüqarov küçəsi 29/42-a 2-ci kvadratla üzbə-üz binanın həyətində yaşadığı mənzildə keçiriləcək.

V.Əyyubun cənazəsi bu gün Hövsan qəsəbəsindəki “Dədə Qorqud” qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Vurğun Əliş oğlu Əyyub 1957-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub.

1973-cü ildə keçmiş Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olub. 1977–1984-ci illərdə SabirabadTovuz rayonlarında müəllim, 1985–1993–cü illərdə N.Tusi adına Azərbaycan Pedaqoji Universitetdə işləmişdir. 1988-ci ildən filologiya elmləri namizədidir.

Bir kitabın, 150-dən çox elmi, siyasi-publisistik məqalələrin müəllifidir. 1986-cı ildə Azərbaycanda yaradılmış ilk qeyri-hökumət təşkilatı “Çənlibel” elmi-ədəbi birliyinin yaradıcılarından və sədri olub.

Azərbaycan milli-azadlıq hərəkatının təşkilatçılarından, AXC-nin təşəbbüskarlarından və AXC Məclisinin və İdarə Heyətinin üzvü olub. 1992-1993-cü illərdə Vurğun Əyyub Tələbə Qəbulu üzrə Dövlət Komissiyası TQDK-ya rəhbərlik edib. 15 noyabr 1992-ci ildə Test üsulu ilə rüşvətsiz tələbə qəbulunun keçirilməsini təmin edib.

Bu islahatı 100% ədalətli təşkil etməklə Vurğun Əyyub AXC-Müsavat hökumətinin ən böyük tarixi ugurlarından birini 1992-ci ildə gerçəkləşdirib.

***

Mərasimdə hərəkat yoldaşları onunla bağlı xatirələrini danışdılar

Sabiq təhsil naziri Firudin Cəlilov: "Dəyərli bir ziyalını itirdik. Ona testin vurğunu deyirdik. Onun ölümü mənəvi deyil, cismani ölümdür. Tanrı onun ruhunu şad eləsin. Hər kəs ona öz haqqını halal etsin. Şəxsən mən halal edirəm".

Xalq şairi Sabir Rüstəmxanlı: "O dünyadan çox rahat getdi. Sosial mediada ona olan əsl sevgini gördük. Bunun özü insanın həyatda qazandığı ən böyük xalq sevgisidir. Xalq hərəkatında olanların hər birinə qohum kimi baxıram. Vurğun bəy o insanlardan biridir. O Azərbaycanda gənclərimiz üçün test üsulunun irəliyə getməsində böyük xidmətləri olan şəxsdir. Onun adı daim qəlblərimizdə yaşayacaq".

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa: "Vurğun bəy xalq hərəkatının öncüllərindən biri idi. Hərəkatın inkişafında böyük rolu olub. O, bir il vəzifədə oldu və bu müddətdə inqilaba bərabər işlər gördü. Təhsildə ilk dəfə rüşvətin qarşısını aldı. Cəmiyyətdə hər zaman xatırlanacağına əminəm. Xəstəlikdən əziyyət çəkdi. Allahın qismətidir. Onu hər zaman hörmətlə cəmiyyət xatırlayacaq. Buna əminəm".

Sabiq baş prokuror, Ədalət partiyasının sədri İlyas Ismayılov: "Onun həyatdan vaxtsız getməsinə çox təəssüflənirəm".

Allah rəhmət eləsin!(musavat.com)

 

pia.az


Etiket: Vurğun Əyyub


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Emil Alxaslını kim və niyə qoruyur? - “SOCAR Downstream Management” şirkətinin etdiyi özbaşınalıqlara “dur” deyən olacaq?..

Bu prospektdəki məşhur dairə ləğv edildi - Video

Rusiya hər tərəfdən mühasirəyə alınıb - Medvedev

Avropa İttifaqı Gürcüstanla bağlı bəyanat yayıb

Ağdamda mina partlayışı olub, ANAMA əməkdaşının ayağı amputasiya edilib - Yenilənib

Prezident və birinci xanım Xocalıda 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar - Yenilənib

Erməni katolikosu "Sardarapat" memorial kompleksinə buraxılmadı

İspaniyanın ardınca daha iki dövlət Fələstini rəsmən tanıdı

Putin: Ukrayna ilə bağlı danışıqları İstanbulda qoyulmuş əsasda davam etdirməyə hazırıq

Ən çox oxunanalar