Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İranın siyasəti dünyada gərginliyi artırır” – Makron

Fransa Prezidenti Emmanuel Makron İran rəhbərliyinin siyasi kursunu tənqid edib...

TASS-ın verdiyi məlumata görə, E. Makron bu gün ABŞ-ın Nyu-York şəhərində keçiriləcək BMT Baş Assambleyasının iclasına yola düşərkən təyyarədə mətbuata verdiyi açıqlamasında bildirib ki, iranlılar dünyada gərginliyin artması istiqamətində hərəkət edirlər, bu da öz növbəsində strateji səhvdir. “Bu, həm İran üçün, həm də kollektiv təhlükəsizliyin təmin olunması baxımından səhvdir”, – deyə Makron bildirib.

Səudiyyə Ərəbistanının neft obyektlərinə kimin zərbə endirdiyinə dair suala cavab olaraq Makron bildirib ki, həmin zərbələrin arxasında kimin dayanması ilə bağlı bəyanatlar verərkən ehtiyatlı olmaq lazımdır: “Hazırda bu barədə müəyyən təsəvvürlər mövcuddur, lakin unutmaq lazım deyil ki, bu bombardman yeni növ hərbi əməliyyatdır”.

Fransa Prezidenti Körfəz ətrafında regional təhlükəsizlik məsələlərinin neftin qiymətləri ilə birbaşa bağlı olduğunu bildirib: “Lakin bu bizim də təhlükəsizliyimizdə özünü əks etdirir. Çünki “domino effekti” ilə mübarizə aparmaq olduqca çətindir”. (apa)

pia.az


Etiket: Makron İran


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

"TikTok" canlı yayımında xanım hüquqşünası söydü - Həbs edildi

"Kubik" kəskin bahalaşdı - Evlərin qiyməti artacaqmı?

Elza Seyidcahanın seçki posterini cırdılar - Video

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən namizəd: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

İsmayıl Haniyə Paşinyanla niyə görüşmək istəyirmiş?

Haqq yolçusu Rüstəmxanlıların haqqı olan məqam

Ən çox oxunanalar