“Qalatasaray”ın məşqçilər korpusunda yer alan Hasan Şaş istefa verib
PİA.az-ın məlumatına görə, baş məşqçi Fatih Terimin köməkçisi olan Şaş istefası ilə bağlı açıqlamanı özünün rəsmi sosial şəbəkə hesabından verib. O, mesajında "Qalatasaray"lılara, Fatih Terimə, həmkarı Ümit Davalaya təşəkkür edib.
İstefanın səbəbləri məlum deyil.
pia.az