Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gömrük Komitəsi iki ölkə arasında problem yaradır

Diaspor Təşkilatlarından İlham Əliyevə müraciət

Rusiyada yaşayan azərbaycanlı iş adamı Fizuli Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib. Məlumata görə, iş adamı müraciətində Dövlət Gömrük Komitəsinin fəaliyyətindən şikayətlənib.

O, surətini Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralova, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə, Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanladığı müraciətdə bildirir:

Hörmətli cənab Prezident!

Rusiya Federasiyası Dağıstan Respublikasındakı Azərbaycan Diasporunun rəhbəri Rakif Əzizovun oğlu Rauf Əzizov Azərbaycan Respublikası Gömrük Komitəsi İstintaq İdarəsi tərəfindən saxlanıb və haqqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 228.1 maddələri ilə cinayət işi qaldırılıb. Cinayət işinə Qusar Rayon Məhkəməsində baxılır.

Əldə etdiyimiz informasiyaya görə, 2019-cu il fevralın 18-də Rusiya Federasiyası məsələ ilə bağlı Azərbaycan Respublikasına nota verərək Rusiya vətəndaşı Rauf Əzizovun hüquqlarının pozulmasına etirazını bildirib. Azərbaycan Gömrük Komitəsinin fəaliyyətinin iki ölkə arasında belə bir problem yaratdığından təəssüfümüzü ifadə edərək bildirmək istəyirik ki, baş verən olay Rusiyadakı Azərbaycan diasporu arasında böyük rezonans doğurub.

Yaranan durumu nəzərə alaraq sizdən xahiş edirik ki, işin obyektiv araşdırması üçün istintaq nəzarətinizə götürəsiniz.

Rauf Əzizov 10.12.2018-ci ildə həbs edilib, 31.07.2019-cu ildə aclıq aksiyasına başlayıb. Müdafiə tərəf iddia edir ki, Rauf Əzizova qarşı irəli sürülən ittihamın heç bir əsası yoxdur, bu səbəbdən Əzizov özünü sözügedən cinayətdə suçlu bilmir.

Sizə müraciət etməyimiz heç bir halda vətənimiz Azərbaycan Respublikasının məhkəmə sisteminin ədalətli olmasını şübhə altına almaq kimi qəbul edilməməlidir. Ümid edirik ki, məhkəmə işə obyektiv baxacaq və həqiqət qısa zamanda üzə çıxacaq.

Müraciəti aşağıdakı diaspor təşkilatları imzalayıb:

Dünya Azərbaycanlıları İttifaqının Koordinasiya Şurası

Dünya Azərbaycanlıları Mədəniyyət Fondu

Rusiya Azərbaycanlıları İttifaqı

Rusiyadakı Azərbaycan diaspor təşkilatları(afn.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib - Yenilənib

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - Yenilənib

Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - Yenilənib + Fotolar

Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son görüntüsü 

Reuters: Rəisi və xarici işlər nazirinin həyatı helikopter qəzasından sonra risk altındadır

Eşqi yanlış yerdə axtaran 3 bürc – Astroloqlar nə məsləhət görür?

Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır

Əməkdar artist vəfat edən xanımından danışdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay