Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Allahdan möcüzə istəyirik”: Rəşadın həyat yoldaşı - Video

İyulun 24-də təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin qəza xəbəri hər kəsi sarsıtdı

Axı o təyyarədə Azərbaycan Ordusunun 100 illiyinə dair keçirilən möhtəşəm hərbi paradda Bakı səmasında insanları heyrətləndirən uçuşlar, manevrlər etmiş Rəşad Atakişiyev var idi...
Hər kəs onun sağ-salamat ailəsinə, vətəninə, öz işinin başına dönəcəyinə çox böyük ümid bəsləyir. Elə onu hər gün anasından soruşan 7 yaşlı oğlu Turqay kimi.

Turqayın babası, Rəşad Atakişiyevin qayınatası Qabil Hüseynli azyaşlı nəvəsinin atası ilə bağlı verdiyi sualların qarşısında acız qaldığını deyir: "Çox həssas uşaqdır. Hər şeyi başa düşür. O gün də hamama girib ağlayıb. Hamını da ağladıb. Bir təhər başını aldadırıq ki, Türkiyəyə gedib. Özünü inanmış kimi göstərsə də, tez-tez soruşur ki, niyə gəlmir? Niyə atamı göndəriblər? Başqasını göndərə bilməzdilər? Uşaq çox məntiqli suallar verir və adam o sualların qarşısında aciz qalır”.

Baku TV-nin əməkdaşları pilotun evində olub, onun həyat yoldaşı Könül Atakişiyeva və qayınanası Məhbubə xanımla söhbətləşiblər.

Məhbubə xanım kamera qarşısında danışmaqdan imtina etsə də, Rəşaddan ürək yanğısı ilə söz açıb. Qayınanası deyib ki, Rəşad ailəsinə, övladlarına bağlı biridir. Hətta işdən kənar 1 saat vaxtı qalanda da bu zamanı mütləq onlarla birlikdə keçirməyi sevir.

Elə xanımı Könüllə də sevib ailə həyatı qurub: "Gözləyirik biz. Allahdan möcüzə istəyirik. Rəşad güclü insandır”.

Qabil Hüseynli isə deyir ki, Rəşad çox yumşaq xasiyyətli adamdır: "Nizam-intizamı çox sevir, kollektivdə də böyük hörmət qazanıb. Komandiri deyir ki, hansı işə buyursaq, Rəşad ona "baş üstə” deyir və o işi layiqincə yerinə yetirir. Onun bir dəfə də olsun nəyəsə etiraz etdiyini görməmişik”.

Rəşad Atakişiyevin 3 və 7 yaşında 2 oğul övladı var.

Qeyd edək ki, iyulun 24-də saat 22 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə, aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.

Qəza nəticəsində MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib - Yenilənib

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - Yenilənib

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - Yenilənib + Fotolar

Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son görüntüsü 

Reuters: Rəisi və xarici işlər nazirinin həyatı helikopter qəzasından sonra risk altındadır

Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır

Əməkdar artist vəfat edən xanımından danışdı

Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir

Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var

Ən çox oxunanalar