Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qəbələ” Ukrayna klubuna qalib gəlib

Yeni mövsümün hazırlığını Türkiyənin Bolu şəhərində davam etdirən “Qəbələ” toplanış çərçivəsində ilk yoxlama oyununu keçirib

APA-nın məlumatına görə, Azərbaycan kubokunun qalibi Ukraynanın “Mariupol” klubu ilə görüşüb.

“Qırmızı-qaralar” matça aşağıdakı start heyəti ilə başlayıb: Anar Nəzirov, Amin Seydiyev, Murad Musayev, Sadiq Quliyev, Qismət Alıyev, Kamal Mirzəyev, Merab Qiqauri, Fernan Lopez, Rövlan Muradov, Roman Hüseynov, Ülvi İsgəndərli.

Hendek Atatürk Stadionunda baş tutan qarşılaşmada üç qol vurulub. Bütün toplar ilk 45 dəqiqəyə təsadüf edib. Ülvi İsgəndərli 2-ci, Roman Hüseynov 17-ci dəqiqədə ukraynalıları məyus edib. Mariupolun eyniadlı təmsilçisi yalnız 34-cü dəqiqədə hesabda fərqi minimuma endirib. Bu qola penaltini dəqiq yerinə yetirən “Qəbələ”nin sabiq futbolçusu Ruslan Fomin imza atıb.

İkinci hissəsi qolsuz başa çatan oyun Sənan Qurbanovun yetirmələrinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, “Qəbələ” qonşu ölkədə daha iki yoxlama oyununda qüvvəsini sınayacaq. Komandamız iyulun 11-də digər Ukrayna təmsilçisi “Vorskla” ilə üz-üzə gələcəksə, ayın 17-dəki rəqib hələ dəqiqləşməyib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar