Bazar, 16 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elçibəyin təyin etdiyi icra başçısı niyə güllələndi?

Bu günlərdə keçmiş AMİP sədri Etibar Məmmədov 1993-cü ilin Gəncə olaylarından cəmi 13 gün sonra - eks-prezident Əbülfəz Elçibəyin Kələkiyə yollandığı gün həmin şəhərə o günlər qiyam etməkdə suçlanan keçmiş korpus komandiri Surət Hüseynovun adamı olan Hacı Vaqifi (Əliyev) icra başçısı təyin etməsi barədə AXC iqtidarında rəhbər vəzifə tutmuş bütün şəxslərə sual ünvanlayıb

“...Digər bir ziddiyyətli və maraqlı məqam. Deyirlər ki, iyunun 4-də Gəncədə AXC hakimiyyətinə qarşı qiyam baş verib. Bəs əgər qiyam baş vermişdisə, Prezident Əbülfəz Elçibəy nədən elə iyunun 17-də, Gəncə hadisələrindən düz 13 gün sonra həmin “qiyam”ın təşkilatçısının nümayəndələrindən olan Hacı Vaqifin (səhv etmirəmsə, soyadı Əliyev idi) Gəncənin icra hakmiyyəti başçısı təyin olunması haqqında fərmanı imzalayırdı. Bu, necə qiyamdır ki, həmin qiyamın yönəldiyi iqtidarın lideri, ölkənin qanuni prezidenti o qiyamçının nümayəndəsini icra başçısı təyin edir? Buna necə qiyam demək olar? Mən ciddi şəkildə sual edirəm həmin vaxt hakimiyyət başında olmuş şəxslərə: tutaq ki, o vaxt Elçibəy prezident kimi nədənsə çəkinmişdi, guya sui-qəsd hazırlanmışdı, ona görə Bakını tərk edirdi. O halda həmin gün qiyam iştirakçısının icra başçısı təyin olunması haqda fərman imzalamağın nə mənası var idi?..”

PİA.AZ xəbər verir ki, məsələ ilə bağlı sabiq Baş Nazir və Dovlət Katibi Pənah Hüseyn Moderator.az-a açıqlamasında bunları söyləyib:

“Mən o günlər artıq hakimiyyət strukturlarında təmsil olunmasam da, bilirdim ki, Gəncədə hakimiyyətsizlik hökm sürür və bir idarəçiliyə ehtiyac var. Ola bilsin, ki, Azərbaycanın ikinci böyük şəhərində vəziyyəti qaydaya salmaq üçün prezident Əbülfəz Elçibəy məhz Vaqif Əliyevin icra başçısı qoyulmasını məsləhət bilib. Lakin bir neçə gün sonra həmin başçı güllələnərək qətlə yetirildi...

Etibar bəyin bəhs edilən təyinatı ziddiyyətli adlandırmasına gəldikdə onu deyə bilərəm ki, belə hallar dünya ölkələrində də baş verir. Yəni xaotik vəziyyəti nizamlamaq üçün gözlənilməz və müvəqqəti kadr təyinatları edilir. Etibar Məmmədov da bunu bilməmiş deyil. Görünür, sadəcə, suallara cavab verəndə nədənsə ağlına məhz bu fakt gəlib...”

AXC iqtidarında Baş Prokuror vəzifəsini tutmuş İxtiyar Şirin isə sözügedən məsələ haqda məlumatsız olduğunu bildirib.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Qurban Bayramı münasibətilə paylaşım edib

"İnci" Rəqs Ansamblının "86.6" adlı hesabat konserti baş tutub - Fotolar

Tağı Əhmədovun toydan yeni görüntüsü - Video

Şirin Tire haqda həbs qərarı ləğv edildi: Sərbəst buraxıldı

“Banu”nun Güneli illər sonra üzə çıxdı - paylaşımı ürək sızlatdı - Video

İstirahətə gedən zaman soyuducuya qəpik qoyun - Səbəb

Paşinyan niyə Lukaşenkonu hədəf seçdi? - Tarasov

İyunun ortaları bu bürclər üçün çox uğurlu olacaq

Tovuzda avtomobil çaya düşüb - iki nəfərin axtarışları aparılır

Aygün hamının içində Namiqi pərt etdi - “Məni xoşbəxt edə bilmədin”

Ən çox oxunanalar